Üzünüzü belə yuyun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 482
Səs ver:
(səs: 2)
Üz dərisi zərif, incə olduğu üçün üzünüzü yuyarkən diqqətli olmağınız vacibdir. Belə ki, üzünüzü düzgün yusanız, dəriniz təmizlənər, nəfəs alar və ölü dəri canlanar. Üzünüzü yumadan əvvəl əllərinizi dərinizə uyğun sabunla yuyun. Yalnız bundan sonra üzünüzə sabun vurun və ilıq suyla yuyun. Çünki isti su üz dərinizin qurumasına səbəb olur. Soyuq su çirkləri tamamilə təmizləmədiyi üçün bu səbəblə ilıq su ən doğru seçimdir. Üzünüzü yuyarkən alın, yanaq və burun kənarları həssas olduğundan yavaşca ovuşdurun.
Ən sonda dəsmalı yüngülcə üzünüzə basdıraraq üzünüzü qurulayın. Qurulamadan sonra nəmləndirici kremlərdən istifadə edin. Nəmləndirici krem yoxdursa, badam yağından yararlanın. Qeyd edək ki, üzünüzü cox yumaq da yanlışdır. Bu, dərinizin qurumasına səbəb olur.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri