Dabanlara qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 780
Səs ver:
(səs: 1)
Bəzən istəməsək də dabanlarda çatlar əmələ gəlir.Bunun aradan qaldırılması üçün ev şəraitində bəzi proseduralar etmək məsləhətdir. 

1) Vannaya təxminən 5-7 l isti su tökün.Həmin suya 1 x.q soda və 2 x.q. istənilən maye sabun əlavə edin. Ayaqları bu suda su ilıq olana kimi saxlayın. 
Problemli hissəni süngərdaşı (dabandaşı ) ilə sürtün, sonra ayaqları təmiz su ilə yaxalayıb dəsmalla qurulayın və dabanınıza yağlı krem çəkin. 
Kremin hazırlanması : 
Yağlılığı yüksək olan istənilən kremin 1 tübikini 2x.q. gənəgərçək və ya zeytun yağı ilə qarışdırın, hazır məhlulu dabanınıza sürtdükdən sonra pambıq corab geyinməyiniz məsləhətdir. Bu prosedurani axşam yatmazdan əvvəl etmək məqsədəuyğundur. 

2) Yatmazdan əvvəl corabın içinə xardal tozu töküb geyinin, bu corabın üstündən də bir az qalın corab geyinib yatın. Yaxşı olardı ki, səhəri gün bu corablar axşama kimi ayağınızda qalsın. Corabı çıxartdıqdan sonra qurumuş dəri asanlıqla süngərdaşı ilə təmizlənir. Sonra dabanlara krem çəkilir. 
Bu proseduranı həftədə 1 dəfə etmək olar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri