Göz ətrafındakı qara dairələrlə mübarizə üsulları

Müəllif: yasemin
Şərhlər: 2
Baxılıb: 2 372
Səs ver:
(səs: 2)
Göz ətrafı qara halqalar əsasən, genetik amillərdən qaynaqlanır. Yəni bu, sizin günahınız deyil. Amma göz ətrafı dərinin vəziyyətini yaxşılaşdırmaq öz əlinizdədir.

Qadinlar. biz xəbər verir ki, Los-Ancelesdəki Cənubi Kaliforniya Keck Tibb Məktəbində dermatoloq və professor Cessika Vu göz ətrafında qara dairələrə səbəb olan vərdişləri sadalayıb.

Göz ətrafında qara halqaların yaranmağını istəmirsinizsə, bunlara diqqət etməlisiniz.

Günəşdən qoruyucu kremə biganəlik
Olduqca nazik alt və üst göz qapaqları günəşin təsirinə çox tez məruz qalır. Bundan başqa, günəşdən qoruyucu məhsula qarşı da həssasdırlar. C.Vu göz ətrafı dəri üçün axıcı və yapışqan olmayan məhsulları təklif edir.

Makiyaj təmizləyici məhsullar
Əəgər göz makiyajını silmək üçün istifadə etdiyiniz losyon dərini qıcıqlandırırsa, üstəlik, göz ətrafı dərini basaraq silirsinizsə, kapilyarLara zərər verirsiniz. Vu göz makiyajını asanlıqla təmizləyəcək məhsullara üstünlük verməyi təklif edir.

İsti su
Vu bildirib ki, bir çox insan üzünü isti su ilə yuyur. Lakin bu, düzgün deyil. İsti su göz ətrafı şişkinliyə və göz ətrafı dərinin daha da qaralmasına yol açır. Bu səbəbdən, dermatoloq isti su əvəzinə, ilıq, hətta mümkünsə, soyuq su istifadə etməyi tövsiyə edir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 372
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri