Dərini hamarlaşdıran ucuz və effektli yerkökü maskası

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 4 576
Səs ver:
(səs: 2)
Mütəmadi olaraq kök maskası istifadə edən şəxslərin dərisində sızanaq və ləkə problemlərindən əsər-əlamət qalmır. Bu da yerkökünün tərkibində olan vitamin və minerallardan qaynaqlanır.
 
Bir çox qoruyucu kremin hazırlanmasında istifadə edilən yerkökü dərini ultrabənövşəyi şüalarından qoruyur, eyni zamanda, dərini ətraf mühitin mənfi təsirlərindən müdafiə edir.
 
Bu maska həm ucuz başa gəldiyi, həm də ev şəraitində çox rahatlıqla hazırlandığı üçün çox əlverişlidir. Əgər cibinizə qənaət etmək istəyirsinizsə, o zaman bahalı kremlərə pul xərcləmək əvəzinə kök maskasını sınaqdan keçirin. Hətta ən həssas dəri tipinə malik olsanız belə, heç bir problem yaşamayacaqsınız. Bunun ən əhəmiyyətli səbəblərindən biri mağazalardan alacağınız maska və ya kremin tərkibində yerləşən yüzlərlə, bəlkə də, minlərlə kimyəvi maddə olmasıdır. Bu kimyəvi maddələr bəzən dəridə allergiyaya səbəb olur. Dolayısı ilə sızanaqlardan və ya ləkələrdən xilas olmaq yerinə, çoxalmasına gətirib çıxarır.
 
Dəri üçün yerkökü toniki
Ərzaqlar:
Yerkökü suyu yarım stəkan
Xiyar suyu yarım stəkan
Hazırlanması:
Yerkökü  və xiyar suyunu şüşə bankaya töküb qarışdırın. Sonra hazırladığınız  toniki hər axşam yatmazdan əvvəl pambığın köməyilə dəriyə, xüsusilə, ləkə və sızanaq olan yerlərə kompres kimi çəkin. Mütəmadi şəkildə tətbiq etdikdə dəriniz inanılmaz dərəcədə parlaq və uşaq dərisi kimi hamar olacaq.
 
Kök maskası
Ərzaqlar:
2 ədəd yerkökü
2 xörək qaşığı bal
 
Hazırlanması:
İlk olaraq köklərin qabığını təmizləyin. Qabığını təmizlədikdən sonra blenderə atın və suyunu süzün. Kökün suyunu tonik kimi istifadə edin, lətinə isə 2 xörək qaşığı bal əlavə edib maska hazırlayın. Yaxşıca qarışdırıb üzünüzə çəkin. Təxminən 20-30 dəqiqədən sonra maskanı soyuq su ilə yuyun.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri