Qliserin bir çox kosmetik vasitələrə - krem, maska və s. daxil edilir.
Soyuq
fəsillərdə dəri tez-tez quruyur, çatlayır, qabıq verir. Bu vəziyyətdə
qliserinlə olan maskalar sizə çox yaxşı kömək edəcək. Qliserin dərini
daha yumşaq və təravətli edir, çox yaxşı nəmləndirir, dərinin
cavanlığını qoruyur.
Qliserin iysiz, şəffaf mayedir. Qliserin çox ucuz vasitədir, onu istənilən aptekdə tapmaq olar.
Qliserinlə maska reseptləri:
-
1 çay qaşığı qliserin, 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf yarması unu
(yulaf yarmasını qəhvəüyüdəndə üyüdün), 1 xörək qaşığı suyu yaxşı
qarışdırın. Maska çox qatı alınarsa, bir qədər su əlavə edin.
Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
-
1 limon dilimini blenderdə xırdalayın, 1 çay qaşığı qliserin, 2 xörək
qaşığı su, 1 yumurta sarısı, 1 çay qaşığı yağlı xama əlavə edin və yaxşı
qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra yuyun.
-
Dəriniz çox qurudursa, belə maskadan istifadə edin: kiçik kartofu
qabıqla bişirin, əzin, 1 xörək qaşığı ilıq süd, 1 çay qaşığı zeytun
yağı, 1 çay qaşığı qliserin, 1 kapsul E vitamini (apteklərdə satılır)
əlavə edib yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən
sonra ilıq su ilə yuyun.
Nəzərinizə
çatdıraq ki, qliserinlə olan maskaları havası çox quru olan otaqda
etmək olmaz. Bu halda maska lazım olan effekt verməyəcək.