Quruyan əllər üçün evdə hazırlanan losyon

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 539
Səs ver:
(səs: 2)
Quruyan əllərinizi nəmləndirmək üçün tərkibində kimyəvi maddələr olan satınalma vasitələr yerinə özünüz evdə asanlıqla hazırlayacağınız losyonlardan istifadə edə bilərsiniz.

Bunun üçün lazım olanlar aşağıdakılardır:
2 yemək qaşığı bal mumu
4 yemək qaşığı Hindistan qozu yağı
1 yemək qaşığı zeytun yağı
limon qabığı, darçın və ya qoxusunu sevdiyiniz bir yağ

Hazırlanması:
Balaca bir şüşə qabın içinə bal mumu və hindistan qozu yağını töküb qarışdırın. Sonra bu qarışığı bal mumu əriyənə kimi mikrodalğalı sobada saxlayın. Sobadan çıxartdıqdan sonra zeytun yağı, rəndələnmiş limon qabığı, darçın və ya başqa iyli uçucu yağlardan bir neçə damcı töküb qarışdırın. Bu qarışığı kub formasında olan silikon qəliblərə töküb soyuducuya yerləşdirin. Bərkiməsi üçün ən az bir saat soyuducuda saxlayın. Sonra bu kubları bir qabın içinə qoyun. İstifadə etmək istədiyiniz zaman həmin kub formasındakı losyonu götürüb nəmləndirmək istədiyiniz yerə sürtün. Qurtardıqdan sonra həmin kubu əriməməsi üçün yenidən qaba yerləşdirin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri