Qara çay və onun faydaları uzun illərdir ki, mütəxəssislər tərəfindən sübut olunub. Qara çay dəri baxımı və hətta saç baxımında da istifadəedilir.
Müasir
qadınlar gözəlliyini və gəncliyini təbii vasitələrin və bitkilərin
köməyilə qoruyub saxlamağa çalışır. Qara çay hər kəsin evində olduğu
üçün bu baxımdan çox əlverişlidir.
Qara çay pilinqi dərini ölü hüceyrələrdən təmizləyir, çirklə dolmuş məsamələri təmizləyir və dərinin yenilənməsinə yardım edir.
Pilinq
etmək üçün bahalı gözəllik mərkəzinə getmək məcburiyyətində deyilsiniz.
Evdə olan ərzaqlardan dərinizə uyğun olanı seçib istifadə edərək
pilinqi özünüz də hazırlaya bilərsiniz.
Qara
çay B2 vitamini, C və E vitamini, maqnezium, kalium, sink və kofein
ehtiva etdiyi üçün dəri ağardıcı təsirə malikdir. Bir sözlə, bu pilinqi
tətbiq etməklə qara nöqtə, sızanaq və dəri ləkələrindən qurtulub,
yenidən parlaq və sağlam bir dəriyə qovuşacaqsınız.
Qara çay maskası üçün lazımi ərzaqlar:
1 yemək qaşığı qara çay,
1/4 stəkan qaynar su,
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu
Hazırlanması:
Əvvəl
isti suyu çayın üzərinə tökün və 2-3 dəqiqə dəm almasını gözləyin.
Sonra suyunu başqa bir qaba tökün. Çay dənələrinin içinə balı və limonu
əlavə edin və qarışdırın.
Bir
az duru olduğu üçün, üzünüzə tətbiq etməzdən əvvəl diqqətli olun.
Gözləri çıxmaq şərtilə bütün üzə çəkin. Kənarda qalmış çay suyunu
gözlərə kompres etmək olar. Bununla həm göz ətrafındakı dərini
yeniləyəcəksiniz, həm də göz ətrafı şişləri aradan qaldırmış
olacaqsınız. Üzdə 5 dəqiqə saxladıqdan sonra dairəvi hərəkətlərlə masaj
edərək maskanı təmizləməyə başlayın və ilıq su ilə yuyun. Üzünüzü
yuduqdan sonra nəmləndirici krem çəkməyi də unutmayın.