Sızanaqlarla mübarizə aparmaq üçün 6 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 294
Səs ver:
(səs: 1)
Hamiləlik dövründə qadınların hormonlarında dəyişikliklər müşahidə olunur. Təəssüf ki, həmin dəyişikliklər təsirsiz ötüşmür. Məsələn, həmin dönəmdə dəri daha çox yağlandığı üçün sızanaqlar artır. Üstəlik, yeniyetməlik dövründəki sızanaqlardan daha qalıcı olurlar.
 
Sızanaq bəzi hamilələrdə bir və ya bir neçə ay görünüb sonra öz-özünə yox olsa da, bəzilərində bütün hamiləlik boyu bu narahatlıq davam edir.
 
Sızanaqdan xilas olmaq istəyirsinizsə, Qadınlar.biz -in təqdim etdiyi məsləhərtlərə əməl edin.
 
1.Üzünüzü gündə 2 dəfə sabunla və ya gellə yuyun. Bu zaman ancaq əllərdən istifadə edin. Üz fırçalarından istifadə etməyiniz məsləhət deyil.
 
2.Üzünüzü yuduqdan sonra dəsmalı üzünüzə sürtərək, dərinizə zərər verəcək hərəkətlər etməyin.
Dəsmalı üzünüzə xəfifcə basın və dərini ovalamadan qurulayın.
 
3.Nəmləndirici kreminizin tərkibində yağ olmamasına diqqət edin.
 
4.Sızanaqları sıxmayın, ovalamayın, partlatmayın. Bu pis vərdişdir və sızanaqların daha da artmasına, həmçinin, ləkələrin qalmasına səbəb olur.
 
5.Yediyiniz qidaları diqqətlə seçin.
 
Ədviyyatlı, həddən artıq istiotlu yeməklər sızanaqların artmasına səbəb ola bilər.
 
6.Dəriyə qulluq üçün nəzərdə tutulan krem və digər vasitələri həkiminizlə məsləhətləşmədən almayın. Çünki bəzi kremlərin və gellərin tərkibindəki maddələr bətninizdəki körpə üçün zərərli ola bilər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri