Maskalarımızı hazırlayarkən:
◦ İlk öncə sizə lazım olanları hazırlayın: Şüşə qab, qaşıq, pambıq,
nəmləndirici kreminiz, təmizləyici süd və losyon ilə maska edəcəyiniz
təbii vəsait, yəni meyvə ya da tərəvəz vs . Bütün bu vəsaitlər çox təmiz
olmalı, istifadə edilən meyvə ya da tərəvəz hər nəysə, çox təzə və
yetkin olmalı, yaxşıca yuyulub təmizlənməlidir. Maska hazırlandığında
dərhal istifadə edilməli, (Unutmayın: Bizim hazır aldığımız maskaların
içində qoruyucu olduğu üçün uzun müddət saxlamaq olur). Əsla
saxlanmamalıdır. Maskanızı sakit bir mühitdə çəkin, göz ətrafına çox
yaxınlaşmadan çəkin, ən az on-on beş dəqiqə gözlətdikdən sonra əvvəl
pambıqla maskanı silib sonra losyonla qalanları təmizləyin.
Bal və yumurta maskası:
Zənginləşdirən maddələrlə dərini qidalandırar və xüsusilə quru
dəriləri nəmləndirir. Dərini yumşaq və hamar edir. Dəri üçün soyuq qış
günlərində lazım olan nəmi təmin edir. Hazırlaması çox asandır!
Tərkibi:
• 1 çay qaşığı nəmləndirici krem
• 1 yumurta
• 1 xörək qaşığı badam yağı
• 1 xörək qaşığı bal
Hazırlanması: Yumurtanın ağı və sarısını ayırın. Yumurtanın
sarısına damlalar halında badam yağını əlavə edib qarışdırın. Ardından
yavaşca nəmləndirici kremi və balı qatın. Yumurta ağını da ayrı bir
qabda azca çırpın və yumurta sarısını qarşıma qatıb hamısını
sürüləbilecek hala gələnə qədər qarışdırın.
İstifadəsi: Qarışığı, genişcə bir fırça və ya pambıqla üz və boyun
bölgəsinə çəkin və ən az yarım saat təsirini göstərməsini gözləyin.
Ardından ilıq suyla yuyun.
Bal maskası:
Bal həm qidalandırıcı , həm də canlandırıcıdır. Bu maska rəngi
solğun, yağlıya yaxın normal dərilər üçün idealdır. Dərini dərindən
təmizləyərək canlandırır.
Hazırlanması:Bal ilə yulaf əzməsini qatışdırın.
İstifaəsi:Qarışımızı üzünüzə çəkin və 15 dəqiqə üzünüzdə saxlayın Ardından ilıq suyla durulayın.Həftədə bir dəfə tətbiq edin.
Badam maskası:
Hər dəri tipinə uyğun olan badam südü qan dövranını təşkil etdiyi
kimi eyni zamanda da dərini gərərək canlandırır. Bu maska peeling təsiri
dərinizi hamar edər.
Tərkibi:
• 50 qr soyulmuş badam
• 10 qr yulaf unu
• 10 qr portağal ətri
• Bir miqdar süd
Hazırlanması: Əvvəl badamı yaxşıca döyün. Ardından ilıq su qataraq
bir qarışıq halına gətirib yoğurun. Qarışığın qaşıqda ayrılması çətin
olana qədər yoğurmağa davam edin. Yoğurma əməliyyatından sonra qarışığa
yulaf unu və portağal ətrini də qataraq hamısını 1 saat 15 dəqiqə
saxlayın.. Qarışıq dinləndikdən sonra bir az süd qatın qatışdırın.
İstifadəçi: Bu qarışığı üzünüzə sürüb, yumşaq hərəkətlərlə masaj
edin və ən az yarım saat təsirini göstərməsini gözləyin. Ardından
üzünüzü bol suyla yuyun.
Xiyar maskası. Yağlı dəri üçün.
Soyulmuş xiyardan 5 qalın dilim blendirdə püre halına gətirilir,
2çay qaşığı alma sirkəsi və 2 çay qaşığı susam yağı, 1 yumurta sarısı
yaxşıca çırpılar və hamısı blendirdə yaxşıca qarışdırılar. Üzə, boyuna
və dekolteyə çəkilərək , 45 dəqiqə təsir etməyə buraxılar.
Kök maskası. Normal dəri üçün.
1 yumurta sarısı, yarım çay qaşığı zeytun yağı və bir çay qaşığı
dolusu kök suyu yaxşıca qarışdırılar. Üzə çəkilir və 15 dəqiqə
saxlanılır,daha sonra yuyulur.
Limon peeling. Yağlı dəri üçün.
2 xörək qaşığı incə rəndələnmiş limon qabığı, 2 xörək qaşığı yulaf
unu və 6 yemək qaşığı dolusu buğda kəpəyi yaxşıca qarışdırılır və bir az
su əlavə olunaraq elastik bir sıyıq halına gətirilər. Dairəvi
hərəkətlərlə, 2-3 dəqiqəlik bir müddət ərzində dəri təmizlənər. Sonra
bolca ilıq suyla yuyulur.
Buz maskası:
Bu maska bütün dərilərə çəkilə bilinər. Dərini gərir, toxumaları
yığışdırar və hamar edir. Üzünüzə və boynunuza qalın bir təbəqə halında
nəmləndirici kreminizi sürün, sonra da bir parça buzu yavaş yavaş krem
üzərində gəzdirin. Bu əməliyyatı üzünüzü canlandırmağa ehtiyac
duyduğunuz hər zaman təkrarlaya bilərsiniz.
Yuxarıdakı qarışıqların yanında yalnız tərəvəz, meyvə və bitkilərdən hazırlaya bəzi praktik maska tarifləri də var .
◦Çiyələk maskası: Bu meyvənin canlandırıcı və pilinq təsiri vardır,
quru dərilərə məsləhət görülür. Ancaq gərici təsiri səbəbiylə on
dəqiqədən çox dəridə saxlanılmamalıdır. Dörd iri çiyələyi əzərək 1çay
qaşığı badam yağı, susam yağı ilə qarışdırın. Bütün üzə incə bir təbəqə
halında çəkin, almacıq sümükləri üzərinə daha qalın bir təbəqə halında
çəkin və 5 dəqiqə saxlayın. Ayda iki dəfə etmək kifayətdir.
Banan maskası: Kalium zəngini qidalayıcı bir meyvə olan banan
solğun, köhnəlmiş həssas və quru dərilər üçün ideal bir maskadır.
Ləkəsiz yetişmiş bir bananın yarısını əzərək iki 1 şorba qaşığı yulaf
əzməsi ilə qarışdırın. Üzünüzə sürtün və 15 dəqiqə gözlədin. Çox
bəsləyici bu maskanı həftədə bir dəfə tətbiq edin.
Portağal maskası: Meyvə turşusu yüksək olan portağal, problemli və
yağlıya yaxın normal dərilər üçün təklif edilir. Bir böyük portağalı
sıxıb suyunu damla damla iki çay qaşığı susam və ya badam yağının içinə
qatın. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözlədin. Həftədə iki dəfə tətbiq
edin.
Avoado maskası: Olduqca yüksək yağ ehtiva edən avokado, xüsusilə
yorğun və quru dərilər üçün, günəş vannası qəbul etmənin ardından tətbiq
olunacaq ideal bir maskadır! Yarım avokadonun içini əzib bir çay qaşığı
nəmləndiriciylə qarışdırın. Qalın bir təbəqə halında üzünüzə sürüp15
dəqiqə gözlədin. Həftədə bir dəfə tətbiq edin.
Lavanta maskası; Aromaterapinin kəşfində liderlik edən bitki olaraq
ona nə qədər təşəkkür etsək azdır. Lavanta yara yaxşılaşdırıcı, dəri
təmizləyici xüsusiyyətləri üzündən kosmetik dünyası tərəfindən ən məşhur
bitkilərin başında gəlməsi haradasa 200 ili tapır. Hələ gündəmdən
düşməyən bu gözdə bitkinin şahanə aromasını da əlavə etsək lavantanı baş
tacı etməliyik deyə düşünürəm. Bazardan aldığınız təzə lavanta
çiçəklərini təmiz bir bezə büküb ağzını möhkəmcə bağlayaraq boxça edin
və daha əvvəldən qaynatdığınız isti su dolu bir qaba qoyun, on dəqiqə
gözləyin. On dəqiqə sonra süzdüğünüz suyu təmiz bir şüşəyə doldurub
səhər axşam bu suyla üzünüzü yuyun. Torbada qalan lavantalar sevdiyiniz
az yağlı bir nəmləndiricinizlə qarışdırıb üzünüzə sürtün. On dəqiqə
gözləyin. İlıq suyla üzünüzü durulayın.
Nanə maskası; Sərinlədici və canlandırıcıdır, yorğun dərini özünə
gətirir, rahatır sərinlətir. Qarışıq və yorğun dərilərə görədir. Təzə
nanələrlə hazırlasanız təsiri daha da artacaq. Lavanta maskası kimi
hazırlayıb 10 dəqiqə üzünüzdə saxlayın. Həftədə üç dəfə tətbiq edin.
Bundan əlavə çox soyuq havalarda evdən çıxmadan mütləq
nəmləndiricinizi sürtün və dodaqlarınızı və əllərinizə qulluq
edin.Əllərinizə krem sürtün, dodaqlarınıza dodaq baxım kremi çəkin.
Dəri təmziliyinizə diqqət göstərib baxımınıza da fikir versəniz
dərinizin sağlamlığını və gözəlliyini uzadacakdır. Qış aylarında dəri
baxımı yazılarım davam edəcək amma məndən bugünlük bu qədər. Bir sonrakı
yazıya qədər özünüzə çox yaxşı baxın, çöldə havalar soyuq olsa da
ürəyiniz həmişə isti olub sizi isitsin.