Portağal qabığından hazırlanan möcüzəvi maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 253
Səs ver:
(səs: 1)
Portağalın qabığı C vitamini və antioksidantlarla zəngindir. 

Hətta qabığı lətli hissəsindən də faydalıdır. Ona görə də qabığın tərkibindəki antioksidantlar dərinin daha gənc görünməsini təmin edir, yaşlılıq əlamətlərini aradan qaldırır. Portağal qabığının tərkibindəki turşular sayəsində dəri ölü hüceyrələrdən təmizlənir, dəri daha parlaq və hamar görünür. 

Bu maska sayəsində sızanaqlardan xilas olacaq məsamələrin daraldığını, qara nöqtələrin azaldığını müşahidə edəcəksiniz. Maska hər dəri tipi üçün uyğun olsa da, əsasən, yağlı üz dərisinə sahib olanlara məsləhət görülür. 

Tərkibi: 

- 3 ədəd portağal 
- 2 çay qaşığı qatıq 
- 1 çay qaşığı bal 

Hazırlanması və tətbiqi: 

Portağalın qabığını soyun, xırda-xırda doğrayıb yuyun. 3 gün günəşin altında saxlayıb qurudun. Qeyd edək ki, apteklərdə hazır şəkildə qurudulmuş portağal qabığı satılır. İstəsəniz, ondan da istifadə edə bilərsiniz. 

Qabıqları blenderdən keçirərək toz halına salın. 2 çay qaşığı portağal qabığı ilə qatığı və balı qarışdırın. 

Maskanı təmiz dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə təmizləyin. Daha sonra üzünüzə 3-4 dəfə buz kimi soyuq su vurun. 

Bu maskanı həftədə 2-3 dəfə çəkmək lazımdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri