Qüsursuz dəriyə sahib olmaq istəyirsinizsə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 187
Səs ver:
(səs: 4)
Hər zaman gənc qalmaq, parlaq və qüsursuz dəriyə sahib olmaq bütüb qadınların xəyalıdır.
Sizi arzuladığınız o qüsursuz dəriyə qovuşduracaq məsləhətlər təqdim edirik.
Üzünüzü gur təzyiqli su ilə yuyun. Bu cür qəbul edilən duş ofislərin yol açdığı dəri stressini azaldır.
C vitamin tərkibli dəri baxım məhsulları qan dövranını və kollagen ifrazını hərəkətləndirdiyindən bu məhsullardan istifadə edin.
Ayaqlarınızın barmaq ucları üzünüzə siqnal göndərir. Alnınızda yaranacaq qırışların qarşısını almaq üçün ayaq barmaqlarınızın üst qisminə müntəzəm olaraq barmaqlarınızla möhkəm basın.
Proteinli və bitki tərkibi olan nəmləndirici kremlərlə mütəmadi olaraq dərinizi nəmləndirin.
Üzünüzü həftədə iki dəfə kremləyərək 5 dəqiqəlik masaj edin. Bunun üçün barmaqlarınızdan istifadə edərək oval hərəkətlərlə çənədən yanaqlara, alnın ortasından bayıra doğru, burun yanlarından alnın ortasına doğru enib çıxaraq masaj edin. Ağzınızın ətrafını yuxarı doğru hərəkətlərlə ovun.
Gecə saat 1-dən əvvəl gözəllik yuxusuna getməyi unutmayın. Bədənimiz ilk yuxu saatlarında gecə yarısına doğru böyümə hormonları ifraz edir və bu hormonlar hüceyrə yenilənməsini hərəkətləndirir.
Dörd damcı limon suyu və iki damcı ardıc yağını iki litr qaynar suya qoyun. Özəl üz dəsmalınızı bunun içinə salıb üzünüzə vurun.
E vitamin tərkibli kremlər hüceyrələrin gərginliyini azaldır. Ultrabənövşəyi şüalar, nikotinin yaratdığı sərbəst radikallar dərinin vaxtından əvvəl yaşlanmasına səbəb olur. E vitamin dərini bu zərərli təsirlərdən qoruyur.
Yanaqların dərisini gərginləşdirmək üçün gimnastika etmək lazımdır. Bunun üçün ağzınızı yumun, yanaqlarınızı içəriyə doğru çəkdikdən sonra əllərinizin köməyi ilə yavaş-yavaş gərin.
Kartof masajı dərini yeniləyir və dincəldir. Əvvəlcə çiy kartof dilimlərini 10 dəqiqə soyuducuda saxlayın. Dəri təmizliyi etdikdən sonra soyulmuş kartof dilimləri ilə dərinizə masaj edin. 15 dəqiqə boyunca kartofun suyunu dəri tam özünə çəkdikdən sonra üzünüzü yuyun.
Duru, yumşaq bir dəri üçün AHA komplekslərinə müraciət etmək lazımdır. Bu adla tanınan meyvə turşuları dəri hüceyrələrinin yenilənməsinə kömək edir. Həm də qidalandırıcı yağ tərkiblidir.
Oksigen maskası ilə hüceyrələrin oksigen qəbulu 10 dəqiqə içində yoğunlaşır. Nəticə olaraq dəri təzə və sağlam görünüş qazanır.
Maska nəmləndiricilərdən istifadə edin. Lipoozuom maskaları da qidalandırıcıdır. Dərinin alt təbəqələrinə də təsir edir.
Narıncı işıq hüceyrələri canlandırır, mavi oksigen qəbulunu artırır. Sarı işıq dərini ölü hüceyrələrdən təmizləyir. Rəngli işıq müalicəsini ancaq gözəllik mərkəzlərində ala bilərsiniz.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 187
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri