Qırışlardan qurtulmanın sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 15 129
Səs ver:
(səs: 1)
Üzünüzdəki qırışlardan xilas olub təzə bir dəriyə sahib olmaq istəyirsizsə, bu tövsiyələrə əməl edin.

1 ovuc çiyələyi yaxşıca əzib suyunu süzün. Süzdüyünüz çiyələk suyunun içinə bir az gül suyu əlavə edin. Bu qarışımı üzünüzə və boynunuza sürtüb 1 saat gözləyin, sonra sodalı su ilə üzünüzü yuyun. Həftədə 1 dəfə tətbiq edin.

Yarım almanı rəndələyərək yaxşıca əzin və içinə 2 qaşıq qaymaq qatıb qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə saxlayın. İlıq suyla yuyun və nəmləndirici krem sürtün. Həftədə 1 dəfə edin. Bundan başqa bol-bol alma yemək də üzə faydalıdır.

Eyni miqdarda limon suyu və qliserini qarışdırıb bir qaba qoyun. Yatmadan əvvəl bu suya batırdığınız pambıqla üzünüzü silin.

Yatmadan əvvəl 1 stəkan yemiş suyunu 1 stəkan qaynamış su ilə qarışdırıb dərinizi yuyun. Daha sonra qaynamış südə batırdığınız pambıqla üzünüzü təmizləyin və yumşaq bir dəsmalla silin.

1 qaşıq balı 1 yumrta ağı və 1 qaşıq qliserinlə qarışdırın. 15 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq və soyuq suyla yuyub yumşaq dəsmalla silin. Həftədə 1 dəfə edin.

1 yumurta sarısını 1 qaşıq südlə qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra dərinizi limon suyu ilə silin. Həftədə 1 dəfə edin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 15 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri