Göz ətrafı qırışlara görə maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 500
Səs ver:
(səs: 0)
Lobya, kartof, qaymaq yağ, un... Etiraf edin ki, çox qidalandırıcı səslənir. Göz ətrafı dəri də həmçinin bu tərkibli maska ilə qidalanmalı və qırışların əmələ gəlməsinin qarşısı alınmalıdır. 

Göz ətrafı qırışlara qarşı maskanın tərkibi. 

1 ç.qaşığı suda bişmiş və əzilmiş lobya püresi 
1 ç.qaşığı ilıq kartof püresi 
1 ç.qaşığı zeytun və ya badam yağı 
1 ç.qaşığı yağlı qaymaq və ya xama 
Buğda unu 

Göz ətrafı qırışlara qarşı maskanın hazırlanma qaydası və istifadəsi 

Lobya, kartof püresi, yağ və qaymağı qarışdırın. Kreməbənzər vəziyyət alana qədər un əlavə edin. 

Hazır maskanı göz ətrafı dəriyə çəkin. Maska üz, boyun və dekolte nahiyəsi üçün də yararlıdır. 

Maskanı 10-15 dəqiqə ərzində saxlayın və sonra soyuq su ilə yuyun. 

Maskanı 3-4 gündən bir, 5-7 həftə ərzində istifadə edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri