Genişlənmiş məsamələri daraldan effektli maskalar

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 4 640
Səs ver:
(səs: 2)
Dəri  məsamələrinin böyüməsi bu gün bir çox xanımları narahat edən əsas gözəllik problemidir.
Dəri məsamələrinin böyüməsi bir neçə amildən asılıdır. Bu, keyfiyyətsiz kosmetika, stress, qeyri-düzgün qidalanma, genetik, yaxud da yaşla əlaqədar yaranır. Qeyd edək ki, dəri məsamələri əsasən 35 yaşdan sonra böyüməyə başlayır.
 
Lakin ciddi narahatçılığa əsas yoxdur, bu problemlə mübarizə aparmaq olar. Sadəcə olaraq, dəri məsamələrinin kiçilməsi üçün səbir və  vaxt tələb olunur. Biz bu yazıda oxucuları sınanmış üsullarla tanış edəcəyik. Maskaları çəkməzdən əvvəl dərinizin ona qarşı allergiyası olmadığına əmin olun.
 
Çobanyastığı toniki
1 çay qaşığı qurudulmuş gülümbahar  və çobanyastığı çiçəklərini 30-40 dəqiqə 1 stəkan qaynar suda saxlayın. Daha sonra suyunu süzüb pambıq salfetlə isladıb kompresi kimi təmiz üzünüzə qoyun. Bir neçə dəqiqə sakit uzanın. Bu otlar məsamələri bağlamaq xüsusiyyətinə malikdir, üstəlik dərini canlandırır və möhkəmləndirir.
 
1 çay qaşığı gülümbahar və çobanyastığı dəmləməsinə yumurta ağı və bir neçə damcı limon şirəsi əlavə edin. Maskanı təmiz dəriyə çəkib 15-20 dəqiqə saxlayın.
 
Buz maskası
Bitki dəmləmələrini buz qəliblərinə töküb dondurun. Səhər yuxudan duranda və gecə yatmazdan əvvəl üzünüzü buz qəlibləri ilə silin.
 
Gil və limon şirəsi maskası
Bu maska yağlı dəri tipləri üçün nəzərdə tutulub. 1 xörək qaşığı gilə 1 çay qaşığı limon suyu əlavə edib qarışdırın.  Maskanı qalın qatla üzünüzə çəkib tam quruyana qədər gözləyin. Sonra sərin su ilə yuyun. Maska dərini çox yaxşı təmizləyir və genişlənmiş məsamələri daraldır.
 
Jelatin maskası
1 xörək qaşığı jelatini 2 xörək qaşığı südlə qarışdırıb odda 5 dəqiqə saxlayın. Daha sonra maskanı 20 saniyə mikrodalğalı sobaya qoyun.
Maska soyuduqdan sonra onu bir  neçə qat dəriyə çəkin (göz ətrafı dəri və qaşları çıxmaq şərtilə). Son təbəqəni çəkəndən sonra daha 15 dəqiqə gözləyin. Sonra maskanı çıxarıb üzünüzü ilıq su ilə yaxalayın.
 
Qatıq maskası
Üzünüzə hər gün qatıq çəkib 20 dəqiqə saxlayın. Qatıq üzü ağardıb dərini təzələyəcək. Artıq bir həftədən sonra maskanın ilkin nəticələri bəlli olacaq.
 
Ballı skrab
Bal genişlənmiş dəri probleminin həllində əvəzolunmaz məhsuldur. 2 çay qaşığı bala bir neçə damcı limon şirəsi əlavə edin. Əldə edilən cövhəri dəriyə çəkib 10 dəqiqə saxlayın. Bal maskasını mütəmadi olaraq tətbiq etdikdə nəticə də əla olacaq.
 
Yulaf maskası
Yulaf maskası dərini hamar  etməyə yardım edəcək. İki xörək qaşığı yulaf unu ilə yumurta ağını qarışdırın. Üzdə 20 dəqiqə saxlayıb sonra isti su ilə yuyun. Bundan sonra dərini bitki dəmləməsi ilə silin.
Sonda yadda saxlayın ki, dərinin hamar və qüsursuz olması üçün  bu maskaları mütəmadi olaraq tətbiq etmək lazımdır. Bu təsirli üsullar dərini xeyli yaxşılaşdıracaq.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri