20 dəqiqə ərzində qara nöqtələrdən azad olmaq üçün maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 493
Səs ver:
(səs: 0)
Qara nöqtələr ancaq qadınlar üçün deyil, eyni zamanda kişilər üçün də böyük problemdir. Güzgüyə baxdığınız zaman bunlar sizə əsəb verir və əhvalınızı korlayırsa, onlardan necə azad olacağınızı bu yazımızdan öyrənə bilərsiniz. Qara nöqtələr nəcə əmələ gəlir? Havanın çirkliliyindən, makiyajı axşam təmizləmədikdə, sabun və şampunla yuduqdan sonra yaxşı durulamayanda və bir çox səbəblərdən qara nöqtələr əmələ gəlir.
Qara nöqtələrdən necə azad ola bilərik? Qara nöqtələrdən azad olmaq əslində o qədər də çətin deyil. Pis görünüş yaradan qara nöqtələrdən azad olmaq üçün bir çox üsul və maska mövcuddur. Bu maskaların çoxu təbii və asandır. Evdə hazırlayacağınız maska ilə bu mümkündür. Maddi baxımdan da hər kəsin büdcəsi üçün uyğun olan bir maskadan yazmaq istəyirik. Mətbəxinizdə olan qidalardan hazırlaya bilərsiniz.

20 dəqiqə ərzində qara nöqtələrdən azad olmaq üçün maska resepti:
Buxar üz təmizliyi üçün ən təsir edici üsuldur. Bir kasaya isti su tökdükdən sonra üzünüzü dəsmal ilə örtüb buxarın üzünüzdəki qara nöqtələri və məsamələri yumşaltmasını təmin edə bilərsiniz.
Daha sonra 3 damcı limon və 1 ədəd yumurta ağını qarışdırıb üzünüzə sürtdükdən sonra üzünüzə salfetka qoyun. 20 dəqiqə heç əl vurmadan gözlədikdən sonra iliq su ilə üzünüzü yaxşıca durulayın.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri