Dəri yaşlanmasının qarşısını alan 8 meyvə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 045
Səs ver:
(səs: 0)
Dərinizin uzun müddət gənc qalması və təzəliyini qoruması üçün yediyiniz qidalara da diqqət yetirməlisiniz. Xüsusilə meyve yeyilməsi dərinin gənc qalması üçün olduqca əhəmiyyətlidir. Beləliklə dərinizi gənc saxlamaq üçün bahalı kremlərə pul vermək yerinə yaşlanmanın qarşısını alan meyvələr yeyə bilərsiniz. Həmin meyvələri sizin diqqətinizə çatdırırıq.

Kivi
Kivi tərkibindəki E və C vitaminləri sayəsində güclü bir antioksidantdır. Bu xüsusiyyəti ilə dəridə qırışların yaranmasını yavaşladır. Dərini zərərli olan ultrabənövşəyi şüalardan qoruyur.

Nar
Nar müxtəlif vitaminlər və fosfor kimi minerallarla zəngin bir meyvədir. Dərinin yığılmasına və elastik olmasına köməkçi olur. Dəri hüceyrələrinin hərəkətini artırır.

Qarpız
Vitaminlərlə zəngin, faydalı bir meyvə olan qarpız dərinin rənginin qorunmasını təmin edir. Tərkibində A, B, C vitamini kimi təməl antioksidantlar vardır. Bundan əlavə sink və selenium mineralları sayəsində dərinin yaşlanmasına qarşı mübarizə aparır.

Avokado
Avokado B və E vitaminləri sayəsində dəri üçün tam bir qida qaynağıdır. E vitamini sayəsində sağlam dəri yaranmasına şərait yaradır, potasium minaralı ilə isə bədəndəki suyun miqdarını tənzimləyir.

Alma
Alma dəri və orqanizm üçün olduqca faydalı bir meyvədir. Həm bədəndəki yağı azaltmağa, həm də bədənin suyunun qorunmasına kömək edir. Yüksək su saxlama xüsusiyyəti ilə dərinin təzə və sağlam görünməsini təmin edir.

Banan
Tərkibində olan B6 və C vitamini sayəsində banan dərinin vaxtından əvvəl yaşlanmasının qarşısını alır. Hər gün bir ədəd banan yeyilməsi dərinin quruluğunun azalmasına köməkçi olur.

Böyürtkən
Böyürtkənin tərkibində C vitamini və kollagen istehsalına kömək edən antioksidantlar vardır. Kollagen qırışların qarşısını almaqla yanaşı dərinin rənginin dəyişməsini də ən az səviyyəyə endirir.

Üzüm
Üzüm tərkibindəki Manqan və C vitamini sayəsində sərbəst radikallara qarşı mübarizə aparır. Antioksidant xüsusiyyəti ilə bir çox dəri probleminə faydalıdır.

Əgər bu meyvələri davamlı olaraq istifadə etsəniz, hər zaman canlı, gənc və sağlam bir dəriyə sahib olarsınız.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri