Sağlam və parlaq dəri üçün faydalı 4 meyvə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 777
Səs ver:
(səs: 1)
Meyvələrin sağlamlığımız üçün olduqca faydalı olduğunu hamımız bilirik. Ancaq meyvələr sağlamlığımız üçün olduğu qədər dərimiz üçün də faydalıdır. Meyvələr dərini təmizləyir, gəncləşdirir, yaxşılaşdırır və daha parlaq olmasını təmin edir. Biz bu yazımızda bu meyvələrin hansılar olduğunu və onların dərimiz üçün hansı faydaları olduğu barədə yazmışıq.
 
1-Banan: A, B və E vitaminləri ilə olduqca zəngin olan banan parlaq bir dəriyə sahib olmaq üçün təsirli meyvələrdəndir. Bunu bal ilə qarışdıraraq püre halına gətirib yeyə bilərsiniz. Tərkibində çoxlu miqdarda minerallar, maqnezium və potasium olan banan qan dövranına da kömək edir.
 
2-Limon: Limonun tərkibində yüksək miqdarda C vitamini vardır. Dəridəki ləkələri və sızanaqları azaldan limon eyni zamanda dərini təmizləmək və ağartmaq üçün də olduqca təsirlidir. Bir stəkan ilıq suya bir limonu sıxın, içinə bir çay qaşığı bal əlavə edib səhərlər ac qarına için. Bu qarışıq dərinizi təmizləməklə yanaşı selülitlərin aparılmasına da kömək edir.

3-Portağal: C vitamini ilə zəngin olan bir digər meyvə portağaldır. Dəridəki ləkələri aparan portağal həm də dərinin yaşlanmasını gecikdirir. Qurudulmuş portağal qabıqlarını əzərək toz halına gətirin və hava keçirtməyən bir qabda saxlayın. Daha açıq rəngli və parlaq bir dəri üçün həftədə bir-iki dəfə bununla dərinizi ovun.

4-Alma: Yüksək antioksidant təsirə malik olan alma yaşlanmanı gecikdirməkdə faydalıdır. Bağırsaqları təmizləyən alma həmçinin dəridəki qırışların da qarşısını alır. Bununla yanaşı almadan üzünüzün dərisini nəmləndirmək üçün də istifadə edə bilərsiniz. Alma suyu ilə balı qarışdırıb üzünüzə çəkin. Quruduqdan sonra yuyun. Bu, dərini nəmləndirməkdə çox faydalı olan üz maskalarındandır.
Beləliklə, meyvələri həm yeyərək, həm də onlardan müxtəlif maskalar hazırlayaraq dərinizin sağlam və parlaq olmasına nail ola , onun vaxtından tez yaşlanmasının və qırışların qarşısını ala bilərsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri