Xurmadan
çox efektli cavanlaşdırıcı maskalar hazırlamaq olar. Bu masklardan
birini sizə təqdim edirik.
Bizə lazım olan inqrediyentlər: 1 dənə tam
yetişmiş xurma, 1 yumurtanın sarısı, 1/2 çay qaşığı ərik yağı, 1/2 çay
qaşığı bal, 1 çay qaşığı kartof nişastası. Xurmanın qabığını soyun və blenderdə əzin, bal, ərik yağı və nişasta əlavə edin və yaxşı qarışdırın. Yumurta sarısını ayrı qabda yaxşı çalın və meyvəli-ballı kütləyə əlavə edib yaxşı qarışdırın. Maska
həftədə 3 dəfə qalın qatla təmiz üz dərisinə çəkilir (gözətrafı
sahələrə çəkmək olmaz!). 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun və
sonra qidalandırıcı krem çəkin. Bu maska dərini daha dartılmış və elastik edir, ağardır, dərinin rəngini yaxşılaşdırır.