Ədviyyatlarla dəriyə qulluq

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 490
Səs ver:
(səs: 2)
Dərinizi gözəlləşdirmək üçün ədviyyatlardan faydalana bilərsiniz.
 
1. Darçın
Antioksidant effekti sayəsində dərini ətraf mühitin mənfi təsirlərindən qoruyur. Darçın çəkilən nahiyədə qan dövranı sürətləndiyi üçün hüceyrələr daha sürətlə yenilənir. Darçını daxilə qəbul etmək də dəriyə fayda verir. Səhərlər içdiyiniz qəhvəyə və ya yediyiniz yulaf əzməsinə 1 çay qaşığı darçın əlavə edərək dərinizi gözəlləşdirə bilərsiniz.
 
2. İstiot
A və C vitamini baxımından zəngindir. Xörəklərə istiot və ya qurudulmuş qırmızı bibər əlavə edərək daha sağlam dəriyə qovuşa bilərsiniz. Duz, pul bibər və zeytun yağını qarışdırıb dərinizi bu qarışıqla ovun. Daha sonra soyuq su ilə təmizləyin.
 
3. Sarıkök
1 çay qaşığı sarıköklə 3 xörək qaşığı süd, 2 xörək qaşığı un və bir neçə damcı balı qarışdırın. Bu maskanı üz, boyun və dekolte nahiyəsinə çəkmək olar.
 
4. Razyana
Dəri iltihablarının qarşısını alır. Hər gün xörəklərə təxminən yarım çay qaşığı razyana əlavə etsəniz, daha sağlam dəriyə qovuşacaqsınız.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 490
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri