Qırışları aradan qaldıran möcüzəvi vasitə

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 973
Paylaş:
Səs ver:
(səs: 1)
Qadınların əksəriyyəti dəri qocalmasının ilk əlamətlərini gizlətmək istəyir və öz növbəsində cavanlaşdıran üsullardan faydalanır. Bəzi qadınlar bahalı preparatlar, ağrılı proseduralar sayəsində istəklərinə nail olur. Amma bu, yeganə çıxış yolu deyil. Bahalı proseduralardan istifadə etməyə başlamazdan əvvəl  məsələni müstəqil şəkildə həll etməyə çalışın.
 
Təxminən yarım əsr bundan qabaq nənələrimizin nə botoksdan, nə  gialuron turşusundan xəbəri yox idi. Onlar gözəlliyinin qayğısına illərin sınağından çıxmış təbii komponentlərdən ibarət xalq reseptləri ilə qalırdılar. Məsələn, təsirli və faydalı vasitə olan nişasta qırışların aradan qaldırılmasında böyük rol oynayır. Nişastadan hazırlanmış istənilən maska dərini faydalı vitamin və zəngin minerallarla təmin edir. O, dərini kiçik qırışlardan xilas edən, vaxtından əvvəl qocalmanın qarşısını alan, onu ətraf mütinin xarici təsirlərindən qorumağa qadir olan unikal vasitədir. Regenerasiya təsirlərinə görə, maska bir çox kremlərin tərkibində  də istifadə olunur.
 
Əgər siz dərinin dartılmasını istəyirsinizsə, onda bu maskadan istifadə edin. Bunun üçün 1 xörək qaşığı nişasta, yumurtanın ağı və kefir lazım olacaq. Bütün ərzaqları qarışdıraraq, 10-15 dəqiqə dəridə saxlayıb ilıq su ilə yuyun. Bu maskadan sonra dəriniz nəzərəçarpacaq dərəcədə elastik olacaq.
 
Dərini ağartmaq üçün 1 xörək qaşığı nişasta, 1 stəkan su, 1 xörək qaşığı xama və 2 xörək qaşığı kök şirəsi lazım olacaq. Bütün inqrediyentləri qarışdırdıqdan sonra üzdə 10 dəqiqə saxlayıb ilıq su ilə yaxalayın.
Dəriniz təbii parıltısını itiribsə, onun skraba ehtiyacı var. Odur ki,  dərhal bu maskanı hazırlamağa başlayın. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı nişastanı 1 çay qaşığı duzla qarışdırıb içinə 1 xörək qaşığı bal əlavə edin. Maskanı üzə astaca masaj edərək çəkin. 3-4 dəqiqə masaj etdikdən sonra ilıq su ilə yuyun. Beləcə, xırda qırışlarla da vidalaşacaqsınız.
 
Əgər həssas dəri tipinə sahibsinizsə,  o zaman ona incə yanaşmaq lazımdır. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı nişasta, 1xörək qaşığı südü, 1 çay qaşığı şaftalı yağını qarışdırın. Nəzərə alın ki, onu üzdə 15 dəqiqə çox saxlamaq olmaz.
 
Piqment ləkələrinin,  görünən çillərin öhdəsindən gəlmək üçün 1 xörək qaşığı kartof nişastasına bir damcı limon şirəsi əlavə edib gözlərin və dodaqların ətrafını çıxmaq şərtilə üzünüzə çəkin. Maskanın effekti artıq ilk tətbiqindən sonra nəzərə çarpır. Limon şirəsini Hidrogen peroksidlə də əvəz etmək olar.
 
Nişastadan maska ilə yanaşı, əl-üz yuyucu vasitəsi kimi də istifadə etmək olar. Bunun üçün 1 litr təmiz su ilə 1 çay qaşığı nişastanı qarışdırın. 

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 973
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
Sitat: Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

Mende...
20 iyul 2016 13:52
8
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
Onun_Mələyi
niwasta ne demek???
19 iyul 2016 14:50
7
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
vipbetul
heleki ele problemim yoxdur
19 iyul 2016 13:18
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Gülüş.
Nisastanin bu qeder faydali oldugunu bilmirdim...
19 iyul 2016 13:17
5
Offline
canr
Ne maraqlidi prob ederem
19 iyul 2016 09:46
4
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Offline
Totu
Xəbərə görə təşəkkürlər
19 iyul 2016 09:38
3
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
BARBI
Nisasta bele desek kraxmal derini dartir qocalmasinin qarsisini alir
19 iyul 2016 09:17
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
19 iyul 2016 08:52
1
Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv