Ev maskalarınızda bu 7 məhsuldan istifadə etməməlisiniz

Şərhlər: 4
Baxılıb: 2 399
Səs ver:
(səs: 1)
Salonlarda olan gözəllik prosedurları, kosmetik mağazalarda satılan hazır maskalar hər cibə uyğun deyil. Ona görə də, çoxumuz evdə mətbəximizdə olan məhsullardan maskalar düzəldirik. Amma bu zaman özümüz də bilmədən dərimizə zərər veririk. Dərinizə daha faydalı olmaq üçün sizə ev üsulu maskalarınızdan istifadə etməməli olduğunuz 7 məhsul haqqında bu yazıda bəhs edirik.

Qida sodası
Əsasən, evdə hazırlanan skrabların tərkibinə əlavə edilən soda dəri üçün çox zərərlidir. Buna görə də qətiyyən qida sodasından dərinizin gözəlliyi üçün istifadə etməyin. Soda demək olar ki, təmiz qələvidir, pH balansı 9-dur ki, bizim dərimizin pH balansı isə 4.5-5-dir. O dərinin qoruyucu qatını məhv edir, bakteriyalar üçün açıq sahə yaradır, dərinin nəm balansını pozaraq onu zədələyir.

Limon
İşin mənfi tərəfi həddindən artıq asidik maddələrin istifadəsidir. Limonun pH balansı 2-dir, bu isə onun dəriyə sadəcə "oksidləşmə” adlanan təsiri var. Diş minasına da zərər verə bilirsə, dəriyə daha böyük mənfi təsirləri olduğunu deyə bilərik. Bundan əlavə, kosmetik tərkib hissəsi kimi limondan istifadə dərinin işığa olan həssaslığını artırır və hiperpiqmentasiyanı almaq üçün risklidir. 

Diş məcunu
Diş məcununu gecə sızanaqların üzərinə çəkib yatmaq çox məşhurdur.  Amma diş məcunu nəinki çəkildiyi sahədə dərinin lipid qatını zədələyir, hətta ətrafına da zərər vurur. Eyni zamanda, məcun ağardıcı maddə olduğu üçün o dəridə yanıqlar da yarada bilər. Sızanaqlara ən yaxşı təsir edən vasitə isə çaytikanı yağıdır. 

Vazelin
Vazelinin qədərində istifadəsi dərini nəmləndirir, yaxşılaşdırır və hamarlaşdırır. Amma ondan həddən artıq istifadə dəriyə zərər verir. Çünki o dərinin tam dərin qatına nüfüz edərək ordada toplanıb qalır. 

Hidrogen peroksid
Hidrogen peroksid kiçik yaralar, kəsiklər və sıyrıqlar üçün əvəzolunmaz vasitədir. Amma sızanaqlar haqqında bunu deyə bilməyəcəyik. O dəridə güclü oksidləşdirici stres yaradaraq dəridə sərbəst radikalların sürətlə hərəkət etməsinə səbəb olur və dərinin daha tez qocalmasına gətirib çıxardır.

Şəkər
Gözəl bir skrab üçün şəkər əvəzedilməzdir. Amma onu dənə-dənə istifadə etmək çox zərərlidir. Şəkərdən bədən üçün skrab kimi istifadə etsəniz onu zeytun yağı ilə etsəniz daha təsirli olar. Üz üçün skrab və ya ayrıca kokteyl hazırlasanız isə çalışın bu skrab yox, şəkər kirşanı olsun. 

Spirt
Dərinin qoruyucu qatını tamamilə məhv edir, hüceyrələri öldürür, qabıq yaradır və dəridə sıx ölü təbəqə əmələ gətirir. Nəticədə isə məsamələr tıxanır və dəri nəfəs almır. Bu da, üzdə ciddi problemlər yaradır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri