Sağlam dərinizin dərmanı 8 qida

Şərhlər: 7
Baxılıb: 736
Paylaş:
Səs ver:
(səs: 2)
Soyuq havalarda dərimiz sağlamlığını itirir, quruyur, qabıqlayır və solğun görünür. Qışdan sonra dərimizi yaz aylarında öz sağlamlığına qovuşdurmaq və canlandırmaq üçün enerji sərf edirik. Düzgün müalicə üsulu seçmədikdə bəzən xərclədiyimiz enerji heç olub gedir. Bu enerjinin əbəs yerə getməməsi üçün sizə çıxış yolu təqdim edirik. Belə ki, dərinizi xaricdən bahalı kremlər və losyonlarla qidalanmağa vaxt itirməkdənsə onu daxildən qidalandırın. Unutmayın ki, orqanizminizə nəyi verirsinizsə onun nəticəsi də xaricdə özünü göstərəcək. Sizə təqdim edəcəyimiz 8 qida var ki, qidalanarkən yaxşı nəticəsiniz məhz dərinizdə görəcəksiniz.

Dərinizə parlaqlıq və gənclik qatın
Əgər lazımlı miqdarda A vitamini qəbul etmirsinizsə dərinizin "acı” çəkməsi çox təbiidir. A vitamini dərinizi qurumağa və qabıqlanmağa qarşı gücləndirdiyi kimi, yaşlanmasının da qarşısını alır. Xüsusilə də, ispanaq və qırmızı kələm kimi qidalara üstünlük versəniz yaxşı nəticə əldə edə bilərsiniz. 

Bərpa edin və gəncləşdirin
Bunun dərinin sinkə ehtiyacı var. Xərçəng və yağsız ətlər sink baxımından zəngindir. Eyni zamanda da sink dərinizin yağ balansına da nəzarət edir.

Qırışlarmı?
Hamımız portağal və qreypfrut kimi narıncı qidaların C vitamini deposu olduğunu yaxşı bilirik. Bunlar immuniteti gücləndirərək soyuqdan qorunmağımıza kömək edən qidalardır. Eyni zamanda da narıncı qidalar qırışlara qarşı mübaricədə də ən mükəmməl köməkçilərimizdir.

Qoruyun və yaxşılaşdırın
Yaşıl çay dərinizi yaxşılaşdırmaq üçün ən yaxşı çıxış yollarından biridir. Melanomalara qarşı dərini qoruyur və sızanaqları da dəridən yox etmək üçün mükəmməl seçimdir.
 
Hamarlaşdırın
Tərkibində sulfid olan maskalar dəriyı çox yaxşı təsir edir. Yumurta və sarımsaq kimi sulfid tərkibli qidalar isə dəriyə daxildən dəstək olur. Sulfid bərpaedici və elastikliklik bəxş edən xüsusiyyətilə dərinizin hamar olmasına kömək edir.

Günəşdən qoruyun
Qırmızı sousları mütləq rasionunuza əlavə edin. Amma diqqət edin ki, o souslar təbii olsun. Pomidor yemək dərini günəşin ultrabənövşəyi şüalarından qorumaqda çox təsirlidir.
 
Müdafiə qalxanı yaradın
Qarağat yemək üçün bəhanəyə ehtiyacınız varsa bundan yaxşı bəhanəniz ola bilməz! Çünki həddən artıq antioksidan mənbəyi olan meşə meyvələri dəri hüceyrələrini qorumaqla onun tez yaşlanmasının da qarşısını alır. Qarağat, moruq, böyürtkən və çiyələk kimi qidaları rasionunuza əlavə edərək, onları salatlarda, yulaflı yeməyinizdə istifadə edə bilərsiniz.

Yumşaldın və elastikləşdirin
Somon, ton balığı kimi balıqlar omega-3 ilə zəngindir. Bu qidalardan qəbul etdiyiniz faydalı yağlar sayəsində dəriniz nəm balansınız bərpa edərək öz elastikliyini geri gətirəcək və yumşalacaq.

loading...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 736
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Cindrella
Bezilerinden istifade edirem.Meyve ve tereveze ustunluk vermek lazimdir.
31 iyul 2016 19:32
7
Offline
MODABAZ
Men heec vıtamınler qebul etmırem arada ama coox vacıbdıı arada lımon vururam sıfetıme
31 iyul 2016 08:42
6
Heyata daim gulmek lazimdii
Offline
Kölge
Bir sozla saglam qidalanin
30 iyul 2016 16:59
5
Her şeye gore şukur
Offline
vipbetul
kimlercunse maraqli ola biler
30 iyul 2016 14:02
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
Totu
Maraqlidi tesekkurler
30 iyul 2016 10:18
3
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
Ariel♡
Men sevirem maska etmeyi.
En esas edirem duyu ve su qariwdirirsan 10 deqiqe saxliyirsan sora uzunu silirsen. Bundan sora makyaj edende super alinir. Sora zeytun yagi yumurta sarisi bal da yaxwidi. Eslinde bal cox xeyirlidi cunki uz de qiriwlarin qarwisin alir ancaq duzgun wekilde uze vurmalisaan.bide qizlar indi dodaqlarin wiwirtmeyiiiiiiii sevirler (loru dilde); ama ki kim dodaqin boyutmek isteyirse tebii yolla gun erzinde 20 deqiqe masaj elesin.
30 iyul 2016 08:50
2
Huwt
Offline
BARBI
Derime her zaman baxim gosterirem. Onu qoruyuram. Xususi maskalar ve yaglardan istifade edirem
30 iyul 2016 07:47
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv