Dərinizi cəfəri ilə yeniləyin

Şərhlər: 5
Baxılıb: 2 016
Səs ver:
(səs: 2)
Süfrələrimizdən əksik olmayan cəfəri əslində dərimiz üçün də çox faydalıdır. Bunun üçün müxtəlif maskalar, detoks içkiləri var ki, dəriyə çox yaxşı təsir edir. Biz də sizin üçün cəfəridən dərinizə faydalı olacaq maska resepti təqdim edirik. Xüsusilə də, qış aylarında dəri quruluğundan şikayət edənlər üçün bu maska "göydəndüşmə”dir. 

Lazım olanlar
Cəfəri – 2 ovuc
Süzülmüş su – 1 fincan
Bal – 1 x.q.
Yumurta sarısı – 1 ədəd

Hazırlanması
Cəfərini suda 15 dəqiqə qaynatdıqdan sonra süzün. Bu su soyuduqdan sonra balı, qarışdırılmış yumurtanı da suya əlavə edib qarışdırın. Üzünüzə bu maskanı fırça köməyi ilə çəkin və 15 dəqiqə gözləyin. Sonra isə ilıq su ilə yuyun. Nəticədə dəriniz parlaq və təravətli olacaq.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri