Dəri çatlamasına yaxşı təsir edən yağlar

Şərhlər: 4
Baxılıb: 3 084
Səs ver:
(səs: 1)
Qışın gəlməsi ilə dərimizdəki problemlər də baş qaldırır. Bunun qarşısını təbii yolla almaq mümkündür. Dərinin çatlamasının qarşısını almaq üçün bir neçə yağ araşdırdıq.

Kokos yağı – Bədəndə olan çatların qarşısını almaq üçün çat olan hissələrə kokos yağı çəkib 10 dəqiqə massaj etmək lazımdır. Pambıq bir bezlə də həmin yeri bağlamaq məqsədəuyğundur. Həmin yeri isti su torbası ilə isti saxlamaq lazımdır. Bu prosedur 1 ay müddətində hər gün təkrarlanmalıdır.
Kakao yağı – Çox faydalı olan kakao yağı gündə 2 dəfə olmaqla çat olan hissəyə tətbiq edilir. Bu müalicənin yaxşı təsir etməsi üçün 2 ay müddətində edilməsi məsləhətlidir. 
E vitamini yağı – Dərinin elastikliyini artıran E vitamini yağı onun bərkimiş hissələrinə tətbiq olunur. E vitamini gündə 2 dəfə dəriyə çəkilməlidir.
Zeytun yağı – Tərkibindəki antioksidan maddələrin köməyi ilə dəridəki çatların yox olmasına gətirib çıxarır. Zeytun yağını ilıq şəkildə dəriyə tətbiq edilməlidir.
Avokado yağı – A, D və E vitaminləri ilə zəngin olan avokado yağı dərinin hamar olmasını təmin etməklə bərabər elastikliyini də bərpa edir. 
Lavanda yağı – Bədənin təbii quruluşunu qoruyaraq çatların sağaldaraq eyni zamanda da, sızanaqların da yaranmasının qarşısını alır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 084
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri