Maya maskası ilə saçdan üz dərisinə qədər gözəllik

Şərhlər: 8
Baxılıb: 7 206
Səs ver:
(səs: 1)
Saç üçün maya maskası
B5 vitamini tərkibli olduğu üçün yaş mayanı saç tökülməsinə qarşı çox faydalıdır. Buna görə də, nəm maya saç tökülməsi üçün saça qulluq maskalarından biridir. Yenidən saçın çıxmasına şərait yaratdığı qədər də, başdakı mövcud saçların daha gur, canlı və güclü olmasına kömək edir. 
Tərkibi
1 paket nəm maya  paket yaş maya
1 stəkan ilıq süd
1 yemək qaşığı bal 
Hazırlanması
Hamısını qarışdırıb saç diblərinə yedirərək sürtün. Saçınızı streç ilə bağlayıb bir saat gözləyin. İlk öncə ilıq su ilə yaxalayın. Saç tipinizə uyğun şampunla yuyun. 
Bu maskanı həftədə 1-2 dəfə edə bilərsiniz. 

Üz dərisi üçün nəm maya maskası
Üz dərinizi anındaca daha gənc, canlı və parlaq görünməsini istəyirsinizsə, maya maskası tam sizlikdir. Sivilcələri yaxşılaşdıran maya maskası, qara nöqtələr üçün təsirlidir. 
Tərkibi
Yarım paket nəm maya 
1 yemək qaşığı ilıq süd 
Hazırlanması
Mayanı südlə qarışdırıb əridin. Bütün üz və boynunuza masaj edərək sürtün. 15 dəqiqə saxlayıb ilıq su ilə yaxalayın. 
Həftədə 1 dəfə maskanı etsəniz möcüzəvi nəticələr əldə edəcəksiniz. 


Əllərə qulluq maskası
Xüsusilə soyuq havalarda quruyan, çatlayan əlləriniz üçün maya maskası edə bilərsiniz. Əmin olun ki, nəticədən çox məmnun qalacaqsınız.  
Tərkibi
Yarım paket nəm maya 
1 yemək qaşığı zeytun yağı 
Hazırlanması
Maya və zeytun yağını qarışdırıb əl və dırnaqlarınıza sürtün. Əllərinizi streç ilə bağlayıb 15 dəqiqə gözləyin. Maya maskası dərinlərə nüfuz edəcək və daha yaxşı nəticə əldə edə biləcəksiz. İlıq su ilə əllərinizi yaxalayın. 
İstədiyiniz zaman əllərə qulluq üçün maya maskası edə bilərsiniz.
Maya maskasının faydaları nədir? 
Maya maskalarının niyə bu qədər faydalı olduğu sizi təəccübləndirir? Maya maskasının möcüzəvi faydaları:  Ş
Tərkibində protein olması toxumaların bərpasına kömək ediri.
Protein üz dərisi və saçlara hamar görüntü qazandırır 
Kalium tərkibli maya üz dərisindəki artıq maddələri təmizləyir 
B2 ve B6 vitamin tərkibli maya yağ balansını tarazlaşdırır, sivilcə yaranmasının qarşısını alır.  
Maya üz dərisi və saçları xarici təsirlərdən qoruyan təbii "qalxan"dır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 7 206
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri