Dəri hüceyrələrini yeniləyən maska

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 4 243
Səs ver:
(səs: 2)
30 yaşdan sonra dəri hüceyrələrinin yenilənməsi prosesi ləng gedir. Bu isə dərinin qırışması, dəri elastikliyinin azalması ilə nəticələnir. Ona görə də bu yaş dövründən sonra hüceyrələri yeniləyən maskalardan istifadə etmək lazımdır.
 
Hüceyrələri yeniləyən pomidor maskası:
 
Tərkibi:
Yarım pomidor
1 çay qaşığı badam yağı
1 xörək qaşığı az yağlı qatıq
 
Hazırlanması və tətbiqi:
Pomidorun qabıqlarını soyub doğrayın. Üzərinə badam yağı ilə qatığı əlavə edib, yaxşıca qarışdırın. Üzünüzə skrabla yuyub təmizləyin. Quruladıqdan sonra maskanı çəkib dairəvi hərəkətlərlə masaj edin. 20 dəqiqə gözləyib ilıq su ilə təmizləyin. Maskanı həftədə bir dəfə çəkməlisiniz.
 
Avokado maskası:
(Bu maska quru dəri tipinə sahib olanlar üçün uyğundur)
 
Tərkibi:
1 çay qaşığı avokado
1 çay qaşığı küncüt yağı
1 çay qaşığı ərik yağı
1 çay qaşığı bal
 
Hazırlanması və tətbiqi:
 
Məhsulların hamısını qarışdırıb fırçanın köməkliyi ilə  təmiz dəriyə çəkin. 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə təmizləyin. Maskadan həftədə iki dəfə istifadə etmək məsləhətdir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri