Gözəl görünməyin sirri

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 1 868
Səs ver:
(səs: 1)
Qədim zamanlardan bəri insanlar gözəlləşmək məqsədilə qatıqdan istifadə ediblər.
 
Bu da təsadüfi deyil, çünki bu məhsul bir çox vitamin və minerallarla zəngindir. Qatıq dəri üçün çox faydalıdır. Sızanaqları azaldır, qızartını aradan qaldırır, anti-bakterial xüsusiyyəti sayəsində iltihabları yox edir. Tərkibindəki "alfahidroksikasit” adlı maddə dəridəki qırışların azalmasına, ləkələrin rənginin açılmasına və yaşlılıq əlamətlərinin itməsinə kömək edir.
 
"3 problem” maskası:
Tərkibi:
1 çay qaşığı qatıq
1 çay qaşığı bal
1 çay qaşığı yulaf
 
Hazırlanması və tətbiqi:
Bütün məhsulları qaba töküb yaxşıca qarışdırın. Maskanı barmağınızla təmiz dəriyə çəkin, 10-15 dəqiqə gözləyib ilıq su ilə təmizləyin. Daha sonra üzünüzü 3 dəfə buz kimi soyuq su ilə yuyun.
Bu maska həm sızanaqları yox edir, həm qırışları açır, həm də dəriyə parlaqlıq verir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri