Bu yağ hüceyrələri yeniləyərək dəridəki qırışları azaldır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 531
Səs ver:
(səs: 0)
Küncüt yağı həm dəri, həm də saçlar üçün çox faydalıdır. Ondan, xüsusən, gözəllik mərkəzlərində dərini yumşaltmaq, təravətləndirmək üçün istifadə edilir. 

Küncüt yağı qırışları da aradan qaldırmağa qadirdir. 30 və 60 yaş arası qadınların dərisində quruluğu aradan qaldırır, onun solğun və tutqun görünməsinin qarşısını alır. Küncüt yağı tərkibindəki Omega-6 yağ turşuları sayəsində dəri hüceyrələrini yeniləyir. Məhz bu xüsusiyyəti sayəsində də dəridəki qırışları azaldır. 

Küncüt yağının tərkibinə linoleik turşusu, sesamol və sesamolin kimi antioksidant xüsusiyyətə malik yağ turşuları, dəmir, sink, maqnezium, kalsium kimi orqanizmə lazım olan minerallar daxildir. 

Küncüt yağı masaj salonlarında da ən çox istifadə edilən yağlardandır. Bunun səbəbi isə küncüt yağının bərpaedici xüsusiyyətidir. Küncüt yağı istifadədən dərhal sonra öz təsirini göstərir. Belə ki, 2-3 dəqiqə sonra dəri daha parıltılı olur. 

Küncüt yağı tökülən kirpiklər, qaşlar və saçlarda müalicə məqsədilə istifadə edilir. İçərisinə 1-2 damcı rozmarin (bibəriyyə) yağı tökdükdə isə təsiri ikiqat artır. Rozmarini kəklikotu, ya da hindqozu yağı ilə əvəz etmək olar.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri