Sızanaqlardan azad olmağınız üçün 9 qida

Şərhlər: 4
Baxılıb: 2 253
Səs ver:
(səs: 1)
Elə qidalar var ki, sızanaqları tamamilə yox edir. Bu qidaların axtarışına çıxıb, sızanaqlardan yaxa qurtarmağa çalışırıq. Amma hansı qidaların doğru qidalar olduğunu bilmirik. Doğru olan,  sızanaqlardan azad olmağınızda köməkçi olacaq həmin 9 qida haqqında sizinlə paylaşırıq. 

Avokado
Avokado bu mövzuda bəlkə də, özünə abidə qoyub. Heç bir zərərini tapmaq mümkün deyil. Tərkibindəki C və E vitaminləri sızanaqları məhv etməkdə çox təsirlidir. Mütəmadi istifadə edildikdə nəticə əldə etmək olur.

Brokkoli
Brokkoli də öz növbəsində sızanaqları yox etmək mövzusunda rekordçudur. Amma bir çoxları hesab edir ki, bu kələmin heç də yaxşı dadı yoxdur, sanki "acı dərman”ı xatırladır. Lakin bu tamamilə səhv düşüncədir. A vitamin kompleksi, B vitamin qrupu və K vitamini sayəsində dəriyə yüksək keyfiyyətdə qulluq imkanı verir, onu sürətli şəkildə sağaldır. 

Əncir
Maqneziumla zəngin olan bu dadlı meyvə də, dərinin hamarlığını, məxmər kimi yumşaqlığını geri qaytarır və piy vəzilərinin fəaliyyətini azaldır.

Yulaf yarması
Maqneziumla zəngindir, amma dadı elə də yaxşı deyil. Lakin yaxşı nəticə əldə etmək üçün üç gün yulaf yarması ilə pəhriz saxlasanız sızanaqların necə azaldığını görəcəksiniz.

Qəhvəyi düyü
Əmiciliyi yüksək və lif qaynağı olmaqla dərilə təmasda olur, onu dərindən təmizləyir.

Qızılxallı balıq (Forel)
Yağ turşuları və onların antibakterial fəaliyyəti ilə bu balıq da sizə sınaqları məhv etməyiniz üçün lazımdır.

İstridyə
Tərkibindəki bol sink sayəsində istridyə də "yardım əli”ni sizə uzadan qidalardandır.

Boranı tumu
Boranı tumu orqanizmdəki sink çatışmazlığını bərpa edən xüsusiyyətə malikdir. Sink də sızanaqları məhv etməkdə çox vacibdir.

Tünd şokolad
Antioksidantlar dəri üçün çox faydalıdır. Bunun üçün də tünd şokolad yeməyinizdə fayda var.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri