Dərinə sağlamlıq və gənclik qat

Şərhlər: 4
Baxılıb: 1 685
Səs ver:
(səs: 2)
Sağlam və gənc dəriyə sahib olmağın yolu düzgün qidalanmadan keçir
Dərinin təmizliyi və sağlamlığı çox vacib amildir. Çox qadın meyvə-tərəvəz yeyərək, mümkün qədər yağlı və şəkərli qidalardan uzaq duraraq üz dərilərinin gəncliyini və sağlamlığını qoruya bilir.


Bu qidalar mütləq süfrəndə olmalıdır
Ümumiyyətlə, təbii qidalanma bütünlükdə sağlamlıq üçün çox faydalıdır. Tərkibindəki fitokimyəvi maddələr, polifenlər, atioksidanlar müxtəlif metabolizmalara təsir edərək dərinin sağlamlığına yaxşı nəticələr bəxş edir. Zeytun yağı qidalanma menyusunda olan ən vacib qidalardandır. Onun tərkibindəki doymamış yağ asidləri və antioksidan polifenol birləşmələr yaşlanmanın sürətini azaldır. Çiy şəkildə də salat və müxtəlif tərəvəzli yeməklərdə istifadə edə bilərsən. Amma diqqət edin ki, zeytun yağını həddindın artıq istifadə etməyəsən. Çünki hər nə qədər xeyirli olsa da, çox istifadə olunnanda bir o qədər də ziyanlı olur. Dərini günəşdən qoruyan təsirə malik olan pomidorla qəbul olunanda zeytun yağı daha çox faydalı olur. 5 ç.q. pomidor püresi və 1 ç.q. zeytun yağından hazırlanan məlhəmlə 12 həftə boyunca üzünü günəşdən tutmuş istənilən zərərli təsirlərdən qoruya bilərsən. 

Qabıqlama və codluğa qarşı bitter şokolad
Kakaonun tərkibindəki antioksidanlar dərini nəmləndirir və qan dövranını yaxşılaşdırır. 12 həftə ərzində kakaolu qidalardan istifadə etmək dəridəki qabıqlanmanı və codluğu azaldır. Kakaonun faydalarından yararlanıb eyni zamanda da kilo ata bilərsən. Necə? Gündə sadəcə 28 qr. və ya 150 kalorilik kakolu qidalar qəbul etməklə. Hər gün kofe içən qadınlara nisbətən içməyənlərdə dəri xərçəngi riski daha çox olur. Gündə bir fincan kofe ilə bir dilim bitter şokolad qəbul etmək qan şəkərinin fəaliyyətinə yaxşı təsir etməklə dəriyə də parlaqlıq qatar.

Sızanaqlara qarşı sardina və ya somonla qidalan
100 qram sardina 1,5 qram omega 3 yağ asidlərini özündə birləşdirir. Omega 3 sardina və somon kimi balıqlarda çoxdu. Həftədə ən azı 3 dəfə balıq yemək məsləhətlidir. Eyni zamanda gündə 2 ədəd qoz və ya 5 ədəd badam, fındıq qəbul etmək çox yaxşı təsir edərək üz dərisinin yaşlanmasının qarşısını alır. 

Bol su için
Dərinin nəm olmağını istəyirsənsə hər gün 2.5 litr su içməyində fayda var. Su üz dərisini nəmləndirir və qırışıqlıqları azaldır. Həm də orqanizmin toksinlərdən təmizlənməsi üçün də suya ehtiyacı var. Bol su içməklə dəri toksinlərdən təmizlənəcək və daha sağlam olacaq. Su içməyi unudan insanlar saatla bunu daha yaxşı yerinə yetirə bilərlər. Su ilə birlikdə qırışlarla mübarizə aparmaq, dərini gənc saxlamaq istəyirsənsə bir gündə 250 qr. yaşıl və sarı tərəvəzlərlər qidalansan nəticəsini görərsə
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri