Zeytun yağından dəri üçün 5 effektli resept

Şərhlər: 4
Baxılıb: 2 640
Səs ver:
(səs: 1)
Zeytun yağının "başdan ayağa” qədər min bir dərdə dərman olduğunu hamımız bilirik. Gözəlliyimiz üçün isə əvəzolunmazdır. Zeytun yağı ilə düzələn 5 ən effektli resepti təqdim edirik. 

1. Zeytun yağı ilə dəri təmizliyi 
Gündəlik üz təmizliyində azca isidilmiş zeytun yağından istifadə etmək olar. Bu dərini yumşaldacaq, hamarlaşdıracaq, quru dərilər üçün isə xüsusilə mükəmməldir. Zeytun yağı ilə üzü sildikdən 20 dəqiqə sonra onu üzdən yumaq üçün ya çobanyastığı dəmləməsindən, ya da ki, ilıq sudan istifadə etmək olar. 

2. Qarışıq dərinin dərmanı zeytun yağı
Qarışıq dəridəki problemləri aradan qaldırmaq üçün dəri gün ərzində bir neçə dəfə zeytun yağı ilə yağlanmalıdır. 

3. Bütün dəri növlərində zeytun yağının təsiri
Bu şəfalı maskanı hazırlamaq üçün 1 x.q. keyfiyyətli zeytun yağının üzərinə 1 böyük qaşıq giləmeyvə və ya meyvə əzməsini əlavə edib qarışdırmaq lazımdır. Bundan sonra qarışımı üzə çəkib 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumalısan. Quru dəri üçün faydalı olan meyvə və giləmeyvələr: quşüzümü, qara qarağat, firəng üzümü, ərik, qovun, xurma və banan. Bu meyvəli əzməni tərəvəz püresi ilə də əvəz etmək olar. Bunun üçün uyğun tərəvəzlər: balqabaq, dolmalıq bibər, kələm, kök, turp, xiyar və kartof.

4. Nəmləndirici və dəri yumşaltmaq üçün zeytun yağı ilə maska
Bir böyük qaşıq yağlı kəsmiyin üzərinə bir böyük qaşıq keyfiyyətli zeytun yağı əlavə edib qarşıdırıb üzünə çək. İyirmi dəqiqə üzündə saxla. Maskanı üzdən ilıq su və pambıqla təmizləmək lazımdır. Dərinin yaşlanmasının qarşısını almaq üçün bu maskanın üzərinə 1 ç.q. bal əlavə etmək olar. 

5. Zeytun yağı ilə dərini qidalandır
Bir böyük qaşıq düyü, yulaf və ya buğda ununu eyni ölçülü keyfiyyətli zeytun yağı ilə qarışdırmaq lazımdır. Diş məcunu kimi hamar qarışımı üzə çəkib 15-20 dəqiqə saxlayıb, ilıq su ilə yuyursan. Bu maskanı həftədə 2-3 dəfə etmək olar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri