Yerkökü sabunu ilə gözəlləşin

Müəllif: Gülşən
Şərhlər: 10
Baxılıb: 3 392
Səs ver:
(səs: 0)
Sabun hər gün istifadə etdiyimiz gigiyenik məhsullardan biridir. Ancaq satışda olan sabunların əksəriyyəti kimyəvi maddələrlə dolu olduğu üçün həm sağlamlığa zərər verir, həm də dərinin pH balansını pozur. Belə halla üzləşməmək üçün ən yaxşı çıxış yolu sabunu ev şəraitində hazırlamaqdır.

Belə sabun yaşlanma əlamətlərini aradan qaldırır, dərini nəmləndirir, sızanaqları yox edir. Yerkökü və balın tərkibindəki vitaminlər dəri hüceyrələrini yeniləməyə kömək edir. Dərinin təbii pH balansını qorumaq üçün də təbii sabun ən yaxşı vasitədir.
 
Tərkibi:
300 ml kokos yağı
400 ml zeytun yağı
100 ml badam yağı
200 ml su (yerkökünü bişirmək üçün)
100 qram püre halına salınmış yerkökü
110 qram natrium hidroksid
Yarım xörək qaşığı təbii bal
10 damcı yerkökü toxumu yağı
 
Hazırlanması:
Əllərinizə əlcək keçirin. Sabunu hazırlamaq üçün taxta qaba və qaşığa ehtiyacınız olacaq. Bunları hazır etdikdən sonra yerkökünü yumşalana qədər qaynadın. Suyunu süzün, ancaq atmayın. Yerkökünü əzib püre halına gələnə kimi qarışdırın. Daha sonra yerkökü püresini ondan əldə etdiyiniz su ilə təkrar qarışdırın. Natrium hidroksidi yerkökünə əlavə edib taxta qaşıqla qarışdırın. 5 dəqiqə keçdikdən sonra yağları və balı da əlavə edin. Qarışığı silikon qablara tökün. 2 gün qaranlıq yerdə saxlayın. Vaxt tamam olanda sabundan istifadə edə bilərsiniz
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri