Yaşlanma əleyhinə maskanızı təbii vasitələrlə özünüz hazırlayın - 8 maska

Şərhlər: 5
Baxılıb: 2 033
Səs ver:
(səs: 1)
25 yaşdan başlayaraq biz qadınlar yaşlanmağımıza xüsusi diqqət edirik. Dərimizə yaşlanma əleyhinə müxtəlif kremlər, maskalar tətbiq edir, gözəllik prosedurlarından keçirik. Amma bəzən hazır olan kremlərin, maskaların tərkibilə bağlı tərəddüd içində qalırıq. Bütün bu tərəddüdlərə son qoyub, istifadə etdiyiniz maskaların 100% təbii tərkibli olmasına əmin olmaq istəyirsinizsə yaşlanma əleyhinə maskalarınızı evdə özünüz hazırlaya bilərsiniz. Gəlin birlikdə yaşlanma əleyhinə maskalarımızı özümüz hazırlayaq!

Dəri elastikliyi üçün maska
Lazım olanlar
Yumurta sarısı – 1 ədəd
Duz – 1 çay qaşığı (üstünlük dəniz duzu)
Bal – 1 çay qaşığı
Zeytun yağı – 1 çay qaşığı
Kakao yağı – 3-4 yemək qaşığı
Hazırlanması
Su buxarında yağı qızdırın. Yumurta sarısını bal və zeytun yağı ilə qarışdırın, hamar olana qədər yaxşıca qarışdırın. Duzu əlavə etdikdən sonra yağın qalan hissəsini isti şəkildə yavaş-yavaş qarışımına əlavə edin. Əldə edəcəyiniz qarışım krem halında olmalıdır. Ona görə də, yağı yavaş-yavaş əlavə edin. Qarışım tam krem halına gəldikdən sonra ağzı bağlı bir şüşə qaba əlavə edib soyuducuda bir gün saxlayın. Sonra isə təmiz üz dərinizə tətbiq edib, 15-20 dəqiqə saxlayın və ilıq su ilə durulayın.

Üz masajı üçün maska
Lazım olanlar
Bal – 3 yemək qaşığı 
Zeytun yağı – 3 yemək qaşığı 
Kərə yağı – 1 qaşıq
Kapsul vitamin – A və E
Hazırlanması
Bal əridilir, kərə yağı, zeytun yağı və vitaminlər yaxşıca qarışdırılır. Üzə tətbiq edib 15-20 dəqiqə saxladıqdan sonra üzünüzü masaj edin: alın mərkəzindən gicgahlara, burun ucundan qulağın üst hissəsinə, yanaq mərkəzindən çənə mərkəzinə kimi. Daha sonra ilıq su ilə üzünüzü yuyun. 

Liftinq maskası
Lazım olanlar
Yumurta ağı – 1 ədəd
Yulaf – 1 qaşığı
Hazırlanması
Yulafı toz halına salın, yumurta ağı ilə köpüklü zülal qarışımı hazırlayın. Qarışımı qalın bir təbəqə halında təmiz dəriyə tətbiq edin. Tam quruyana qədər üzünüzdə saxladıqdan sonra pambıq disklə su altında maskanı üzünüzdən təmizləyin və ilıq su ilə durulayın.

Tonuslaşdırıcı maska
Lazım olanlar
Qreypfrut – yarım ədəd
Yumurta sarısı – 1 ədəd
Hazırlanması
Qreypfrutun içini qabıq və pərdəsindən tamamilə təmizləyin. Əzib püre halına gətirin. Sonra yumurta sarısını əlavə edin, qarışdırın və 30 dəqiqə üzünüzdə saxlayın. Daha sonra ilıq su ilə durulayın.

Antibakterial maska
Lazım olanlar
Kosmetik gil – 1 ovuc
Kapsul vitamin – A 
Təzədəmlənmiş yaşıl çay
Hazırlanması
Təxminən 1 saat təzədəmlənmiş yaşıl çayı otaq temperaturunda soyudun. Kosmetik gili, vitamini çayla birlikdə krem halına gələnə qədər qarışdırın. Təmiz üzə tətbiq edin, 30 dəqiqə saxlayıb isti su ilə yuyun. Maska məsamələri təmizləyir, iltihabı azaldır və sızanaqları da məhv edir.

Qidalandırıcı maska
Lazım olanlar
Banan – 1 ədəd
Yumurta sarısı – 1 ədəd
Xama – 1 x.q.
Bal – 2 ç.q.
Hazırlanması
Bananı sürtgəcdən keçirdin, yumurta sarısını da bir az mikserlə qarışdırın. Bananı, yumurta sarısı, bal və xamanı da bir-birilə qarışdırıb krem halında məhlul əldə edin. Təmiz üzə tətbiq edib 20-30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Köpük maskası
Lazım olanlar
Yaşıl alma – 1 ədəd
Quşüzümü (dondurulmuş da ola bilər) – 1 ovuc
Armud – 1 ədəd
Yumurta ağı – 1 ədəd
Hazırlanması
Alma və armud yuyulur, qabığı soyulur və sürtgəcdən keçirdilir, giləmeyvələr blenderdən keçirilib püre halına gətirilir. Sonra meyvə və giləmeyvələr qarışdırılır, hamar hala gətirilir. Yumurta ağı da köpükləndirilir. Və meyvə ilə birlikdə qarışdırılıb püre halına gətirildikdən sonra təmiz üzə çəkilib 30 dəqiqə saxlanılır, ilıq su ilə durulanır. Bu maskanı istifadə etməmişdən əvvəl üz dərinizi mütləq ya buxara verin, ya da ki, isti sulu dəsmalla silin, daha sonra maskanı tətbiq edin.  

Yeniləyici maska
Lazım olanlar
Ağ gil – 1 x.q.
Bal – 1 x.q.
Limon şirəsi – 1 x.q.
Hazırlanması
Bütün ərzaqlar qarışdırılır, dekolte hissəyə qədər bütün üzə çəkilir, 15-20 dəqiqə saxlanılır. Qurumağa yaxın dərini dartmasın deyə, ilıq su ilə yuyun.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri