Hər
bir qadın az pul xərcləyərək gözəl olmağa çalışır. Buna görə də
Qadınlar.biz sənə kömək olmaq üçün evdə rahatlıqla edə biləcəyin 4 təbii
üz təmizləyici resept təqdim edir.
Quru və həssas dəri üçün çobanyastığı ilə təmizləmə südü
İçindəkilər
Qaymaq – ¼ stəkan
Süd – ¼ stəkan
Sarı çobanyastığı çiçəkləri (təzə və ya quru şəkildə) – 2 xörək qaşığı
Hazırlanması
Bütün
məhsulları 30 dəqiqə benmari üsulu ( su dolu qabı sobanın üzərinə
qoyub, digər bir qaba əlavə edilən məhsulları da su dolu qabın üzərinə
yerləşdirib, onun verdiyi istiliklə ya bişmə, ya da ki, ərimə üsuludur)
su əlavə edib bişir. Südü çalış ki, qaynatmayasan. Sobanı söndür və 2
saat soyumağını, özünə gəlməsini gözlə. Sonra isə şüşə bir qaba boşalt.
Soyuducuda saxla. İki həftə soyuducuda saxlaya bilərsən istifadə
etdikcə.
Yağlı dərilər üçün ayran və razyanalı təmizləmə südü
İçindəkilər
Ayran – ½ stəkan
Təzə razyana toxumu – 2 xörək qaşığı
Hazırlanması
Ayran
və razyananı benmari üsulu ilə 30 dəqiqə bişirmək lazımdır. Sobadan
götürüb, qarışımı 2 saat özünə gəlməsi üçün gözləməlisən. Süzgəcdən
keçirt, soyumağa qoy və sonra şüşə qaba əlavə et. İstifadə etdiyin
müddətcə soyuducuda 2 həftə saxlaya bilərsən.
Razyana və kəklikotu ilə hazırlanan təmizləyici
İçindəkilər
Təzə kəklikotu – 2 saplaq
Razyana toxumu – 2 çay qaşığı
Su – ½ stəkan
Limon – ½ hissə
Hazırlanması
Suyu
qaynat. Su qaynayana qədər kiçik kəklikotu yarpaqlarını saplaqlarından
ayır. Qynamış suyun içərisinə kəklikotu və razyananı əlavə et. Sonra da
sıxılmış limon suyunu əlavə et və 20 dəqiqə dəmlə. Dəmləndikdən sonra
süzgəcdən keçirdib təmiz şüşə qaba boşalt. İstifadə edib bitirənə qədər
soyuducuda saxla.
Kivili üz təmizləmə südü
İçindəkilər
Soyulmuş kivi – 1 ədəd
Sadə qatıq – 2 xörək qaşığı
Badam yağı – 1 xörək qaşığı
Bal – 1 xörək qaşığı
Badam – 1 xörək qaşığı (xırda çəkilmiş)
Hazırlanması
Kivi
blenderdən keçirilir və püre halına gətirilir. Qatıq, badam yağı, bal
və çəkilmiş badamı əlavə et. Qatı və məcun kimi bir hala gələnə qədər
qarışdır. Digər üz təmizləyicilər kimi istifadə et. Dərini təmizlədikdən
sonra bol ilıq su ilə durula.