Armudlu maskalar

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 5 681
Səs ver:
(səs: 2)
Armudlu maska və losyonlar dərini hamar və elastiki edir, məsamələri bağlayır.
Cavanlaşdırıcı maska
1 çay qaşığı xama və 1 çay qaşığı zeytun yağının üzərinə 1 xörək qaşığı kraxmal əlavə edib yaxşı-yaxşı qarışdırın, üzünüzə çəkin, üstündən armud dilimləri qoyun. 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun. Belə maska dərini çox gözəl cavanlaşdırır.

Həssas dəri üçün maska
Əzilmiş şirəsi sıxılmış armudu südlə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra çobanyastığı dəmləməsində isladılmış pambıqla silin.

Yağlı dəri üçün maska
Sürtkəcdən keçirilmiş bir ədəd armudu 3 xörək qaşığı yoqurtla qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.

Yağlı dəri üçün daha bir maska
1 xörək qaşığı sürtkəcdən keçirilmiş armudu təxminən 2 çay qaşığı limon şirəsi ilə qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra qaynadılmış su ilə yuyun. Belə maska yağlı dərini təmizləyir, məsamələri bağlayır.

Normal dəri üçün maska
Qabığı soyulmuş və sürtkəcdən keçirilmiş 1 xörək qaşığı armudu 1 xörək qaşığı zeytun yağı ilə yaxşı-yaxşı qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə saxlayın, sonra yuyun.

Cavanlaşdırıcı losyon
Eyni qədərdə armud şirəsi və arağı qarışdırın, 2 həftə qaranlıq yerdə saxlayın. İstifadə etməmişdən öncə üzərinə su əlavə edin. Bundan sonra hər gün losyondan istifadə edin.

Yağlı dəri üçün maska
Armudu rəndələyin, ora 2 çay qaşığı limon şirəsi qatıb qarışdırın, üzünüzə çəkin və 10 dəqiqə sonra qaynadılmış su ilə yuyun. Bu maska yağlı dərilər üçündür və üzdəki məsamələri bağlayır.

Quru dəri üçün maska
1 xörək qaşığı əzilmiş armud üzərinə həmin miqdarda zeytun yağı qatıb qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.

Yağlı və normal dəri üçün maska
1 xörək qaşığı əzilmiş turşməzə armud üzərinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 10-15 dəqiqə sonra ilıq su ilə yuyun. Quru dəri üçün bu maskanı hazırlayanda yumurtanın sarısından istifadə edin.

Dərinin elastiki olması üçün maska
1 xörək qaşığı əzilmiş armudun üzərinə 1 çay qaşığı bal əlavə edib qarışdırın, üz dərinizə çəkin, 10-15 də
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri