Ayaq göbələyinin müalicəsi üçün fərqli üsul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 258
Səs ver:
(səs: 1)
Ayaq göbələyi ayaq dırnaqlarının ətrafında yaranan və həyatınızı kabusa çevirə biləcək bir narahatlıqdır. 

Xüsusilə də nəmli mühitdə sürətlə çoxalaraq inkişaf edən bir orqanizm səbəbilə ortaya çıxan bu xəstəlik ayaq dırnaqlarının görünüşündə pozğunluqlar və narahatlıq hissinə səbəb olur. Bu problemin aradan qaldırılması üçün çox maraqlı bir müalicə üsulu tövsiyə edilir... 

Xalq arasında ayaq göbələyinə qarşı istifadə edilən ən geniş yayılmış üsullardan biri dükan və apteklərdə satılan ağız yaxalayıcılarıdır.Ağzı yaxalamaq üçün istifadə olunan bu vasitəni bir ləyənə tökərək ayaqları tamamilə içində qalacaq formada 15-20 dəqiqə saxlayın. Bu proseduru gündə 2 dəfə dırnaqlar yaxşılaşana qədər tətbiq etdikdə dırnaq göbələyindən xilas olmağın mümkün olduğu deyilir. 

Bu yaxalayıcılar əsasən yaşıl rəngdə olduğu üçün dırnaqların da yaşıl rəng alacağı istisna olunmur. 

Ancaq insandan insana dəyişə bilən alternativ tibbi üsulları tətbiq etmədən əvvəl mütləq həkiminizdən məsləhət almanız gərəklidir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri