Ayaq şişkinliyini aradan qaldıran ən güclü vasitə

Müəllif: adsiz-a
Şərhlər: 5
Baxılıb: 1654
Səs ver:
(səs: 2)
Toxumalarda mayenin lazım olduğundan artıq yığılması ödəmlərə səbəb olur. Yığılmış mayenin həcmi 5 litrdən çox olduqda ödəm insanın zahiri görkəmində özünü hiss etdirir. Ödəmə ən çox ayaqlarda rast gəlinir.

Bütün günü ayaq üstə işləməyə məcbur qalanların ayaqları günün sonuna yaxın azacıq şişir. Belə adi fizioloji hallara görə narahat olmağa dəyməz. Biz ayaq üstə çox dayananda ayaq kapilyarlarındakı təzyiq artır, buna görə də sağlam adamların ayaqları yüngülcə şişir. Divana əyləşib ayaqları bir qədər yuxarı qaldırıb dincəlsəniz, bu hal tez keçib gedəcək. Lakin bu o demək deyil ki, problemə qeyri-ciddi yanaşmaq lazımdır. Əgər şişlər çəkilmirsə, dərhal həkimə müraciət edin.

Şişləri aradan qaldırmağın bir çox üsulları var. Onlardan ən təsirlisi orqanizmi toksinlərdən təmizləyən cəfəri suyudur. Şişkinliyin aradan qaldırılması üçün təzə göyərti lazım olacaq. Cəfərini diqqətlə yuyun və sonra blendrdən keçirin. Kütləni termosa töküb, üstünə 500 ml qaynar su tökün. İçki bir gecə qalmalıdır. Səhər onu süzgəcdən keçirin və için. Bu miqdarda maye 1 gün üçün nəzərdə tutulub.

Cəfəri dəmləməsini 2 gün ardıcıl olaraq için, 3 gün fasilə verin, sonra isə 2 gün yenidən için. Növbəti həftə ayaqdakı ödəmlər tamamilə çəkiləcək və siz sevimli ayaqqabılarınızı rahatlıqla geyinə biləcəksiniz.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri