Sızanaqlar üçün maskalar

Müəllif: Fi-Ra
Şərhlər: 7
Baxılıb: 2 655
Səs ver:
(səs: 2)
Sızanaq problemi gənc yaşlı hər kəsin ortaq problemlərindən biri olur. Sızanaqları evinizdə hazırlayacağınız sadə formullarla müalicə etmək istəyirsinizsə sizə sadə sızanaq müalicə üsullarını təqdim edəcəyik.
 
- Qazanı yarısına qədər su ilə doldurun və ocağa qoyun. O buxar yaradana qədər sizdə bu arada üzünüzü yuyun və dəsmalınızı yanınıza qoyun. Buxarlanmaya başlayan suya başınızın üstünə dəsmalı qoyaraq əyin və 10 dəqiqə gözləyin. Bunun müntəzəm edilməsi dərinizin sıxlaşmasına və sızanaq əmələ gətirən mühitin zamanla yox olmasına yarayacaq.
 
- 1 qaşıq limon suyuna, 1 qaşıq darçın qarışdırın və sızanaqlara sürün. Quruduqdan sonra yuyun.
 
- Portağal qabığını rəndələyin və həvəngdə əzərək krem halına gətirin, sızanaqlara sürün. Bir müddət sonra yuyun.
 
- Bir diş sarımsağı ikiyə kəsin və iç hissəsini tam sızanağın üzərinə sürtün. Bunun davamlı edilməsi probleminizi aradan qaldıracaqdır.
 
- Bərabər miqdarda limon suyu və gül suyunu qarışdırın və problemli bölgəyə sürtün. Yarım saat sonra ilıq su ilə yuyun. Bunun tez-tez edilməsinin nəticələri də mükəmməldir.
 
- Yetişmiş pomidoru püre halına gətirib sızanaqlı sahəyə sürün və 1 saat sonra yuyun. Beləliklə, dəliklər kiçiləcək və sızanaq əmələ gəlməsini qarşısını almış olacaqsınız.
 
- 1 qaşıq sirkəyə, sıyıq düzəldəbiləcəyiniz  miqdarda duz əlavə edin və sızanağın üzərinə sürün. Yarım saat sonra ilıq su ilə yuyun.
 
- Bir xiyar alın və rəndələyərək püre halına gətirin. Suyunu sıxdıqdan sonra dərinizə tətbiq edin, bu şəkildə dəliklər balacalaşacaq və dəriniz parıltılı bir görünüş alacaq.

Not: Sızanağın təmiz havaya, yoda, misə ehtiyacı var. E Vitamini alın siqaret və içkidən, fındıq, tum kimi yeməklərdən uzaq durun. Bol bol su üçün
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri