Üz üçün idman

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 491
Səs ver:
(səs: 3)
İdman əl və ayaqlar üçün deyil, həm də üz üçün vacibdir. Qırışlarla mübarizə üçün xüsusi kremlərin, maskaların, salon prosedurlarının köməyindən istifadə etmək olar. 
Dərinin gəncliyinin ömrünü keyfiyyətli yuxu, sağlam qida da uzadır. 
Üz əzələlərini möhkəmləndirmək üçün xüsusi fiziki hərəkətlər də mövcuddur. Hər gün bu hərəkətləri icra etsəniz əzələləriniz üçün nə qədər effektiv olduğunu görəcəksiniz. Üz əzələlərini canlı saxlayan sadə hərəkətləri təqdim edirik. 



1.Təəcüblənin - qaşqabağını tök
Qaşlarınızı mümkün qədər yuxarı qaldırın. Bir necə saniyə belə qalın, daha sonra isə qaşlarınızı çatın. Bu göz ətrafındakı - qaz ayağı adlanan bölgə və alındakı qırışlar üçün faydalıdır. 



2. Hava şarı
Ordları şişirdin və bir necə saniyə bu vəziyyətdə qalın. Üz əzələləri üçün əla məşqdir. 



3. Burnu qaldırın
Bu məşq burun dərisini möhkəmləndirir. İşarət barmağı ilə burnun ucunu asanca qaldırın. Burunla barmağa təzyiq edin və onu aşağı endirin. 



4. Uzun boyun
Boynunuzu mümkün qədər uzadın, üzünüzü qaldırın və alt dodağınızı buruna tərəf qaldırın. Bu boyun dərisinin möhkəmləndirilməsinə kömək edəcək. 



5. Alnı hamarlamaq
Ovcunuzu alnın ən üst hissəsinə, saçın başlayan hissəsinə qoyun. Alnı yuxarı-aşağı hərəkət etdirin, daha sonra isə alın dərisini ovucla yuxarı dartın. Mümkün qədər alnınızı az qırışdırın.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri