Yayda dəriyə qulluq necə olmalıdır?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 396
Səs ver:
(səs: 0)
Dərinizin ehtiyacı olan nəmi, mütləq ona təmin etməlisiniz. Əgər tərlədiyiniz üçün dərinizdə bir baxım məhsulun dayanmayacağını düşünürsünüzsə, axşam sərinliyində tətbiq edə bilərsiniz. Xüsusilə nəm maskaları kimi, dərisni canlandıran dəri baxım məhsulları axşam 22:00 - 23:00 saatları arasında tətbiq edə bilərsiniz. Beləcə dəri özünü yeniləməyə başladığında maska doğrudan dəriyə təsir edəcək.

Əgər yay aylarında istilər üzündən sızaqla qarşılaşırsınızsa, bunun da həlli dərini çox yaxşı təmizləməkdir. Axşamları tərkibində salisilik turşu olan bir üz təmizləmə məhsuluyla dərinizi yaxşıca təmizlədiyinizdə, sızanaqlanmanın olmasının qabağına keçmiş olacaqsınız. Lakin axşam saatlarında mütləq su əsaslı bir nəm serumu ya da yaxşı bir nəmləndirici ilə dərinizi qidalandırmalısınız.

Yay aylarında gündüz də çöldə vaxt keçirəcəksinizsə mütləq, dəri tipinizə uyğun günəş qoruyucu bir məhsul istifadə etməlisiniz. Yağlı bir dəri tipinə sahibsinizsə, yüngül quruluşda su əsaslı məhsulları seçim edə bilərsiniz. Gün içində tərləməyə davam etsəniz, mineral su spreylərini istifadə edə bilərsiniz. Dərinizi bu cür spreylərlə rahatlaşdırıb, çox yağını yüngülcə silərək dərinizdən uzaqlaşdıra bilərsiniz. Bu əməliyyatı etdikdən sonra yenə günəş qoruyucu çəkməyə laqeyd yanaşmayın.

Quru dəriyə sahibsinizsə, yay ayları sizin üçün çətin keçə bilər. Buna görə nəm sizin üçün çox vacibdir. Gün içində dərinizi günəşdən qorumaq üçün mütləq bir günəş qoruyucu krem istifadə etməlisiniz. Bu cür məhsulları seçərkən dəri tipinizə uyğun olmasına diqqət edin. Gün içində dəriniz həddindən artıq quruduğunda, dərini nəmləndirən və qidalandıran üz spreylərindən kömək ala bilərsiniz. Gün içində üzünüzə bu cür məhsulları sıxmaq, dərinizi hər daim nəmli və canlı tutacaq.

Yay aylarında, yaxşı bir dəriyə sahib olmaq üçün baxımlarınızı etdikdən sonra, etməniz lazım olan ən əhəmiyyətli şey bol - bol su içmək olacaq. Əgər normal həyatınızda 2 litr su içirsinizsə, yaz aylarında qəbul edəcəyiniz 3 litrlik su, həm dərinizi gözəlləşdirəcək ,həm də bədəninizin daha rahat işini təmin edəcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 396
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri