Gündən qoruyan kremləri bu təbii vasitələrlə əvəz edin

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 585
Paylaş:
Səs ver:
(səs: 1)
İllərdir ki, günəş şüalarının dəri xərçənginin səbəbkarı kimi təqdim edilir. Sonradan bu xəbərdarlığa aydınlıq gətirilərək bildirildi ki, əslində zərərli olan günəş şüaları deyil, günəş şüaları nəticəsində yararanan yanıqlardır.

Həqiqətən günəleyhinə vasitələr dəridə qırışların və xərçəngin profilaktikası ola bilər lakin, unutmamalıyıq ki, SPF (Sun Protection Factor) tərkibli bu kremlər dərinin günəş şüalarını udaraq vitamin D sintez etməsinə mane olur. Sağlam sümüklər, ürək və immun sistemi üçün vacib olan vitamin D-nin ən əsas mənbəyi məhz günəş şüalarıdır. Hətta ən çox qorxduğumuz ultrabənövşəyi şüalar vitamin D-nin yaranmasında rolu olan dəri hüceyrələrinin stimullaşdırmaq üçün çox vacibdir. Məlumat üçün qeyd edək ki, SPF 8 olan günəleyhinə kremlər günəş şüalarında vitaminin udulmasını 95% azaldır. Daha yüksək olanlar isə ümumiyyətlə günəş şüalarından olan faydanı sıfıra endirir.

America Tibb Asossiasiyasının ( American Medical Association) 2009-cu ildə verdiyi hesabata görə bəzi individual xassələri çıxmaq şərti ilə insana həftədə 2 dəfə, saat 10-15 arası, 5 dəqiqəlik günlənmək minimal vitamin D dozasını almağa kifayətdir. Bəzi mənbələr isə gündəlik 10-15 dəqiqə günlənməyi tövsiyyə edirlər. Günəş şüalarının xüsusən uşaqlara faydası var, çünki, böyüyən bədənin kalsiuma olan ehtiyacları vitamin D olmadan ödənilə bilməz. Düzdür vitamin D-ni təkcə günəş şüalarından deyil həmçinin balıq yağını, yumurta sarısını, pendir, dana əti, portağal şirəsini rasiona daxil etməklə əldə etmək olar amma yenə də ən güclü mənbə məhz günəş şüalarıdır.

İstər böyüklər istərsə də, uşaqlar üçün istehsal edilən günəleyhinə vasitələrin müxtəlif zərərli kimyəvi maddələrlə zəngin olması, digər tərəfdən isə uşaqların günəşdən etibarlı mühafizəyə ehtiyacları valideyləri ciddi dilemma qarşısında qoyur. Şükürlər olsun ki, insanları tarixən günəş yanıqlarından qoruyaraq, faydasında yararlanmağa imkan verən təbii alternativlər mövcuddur. Məsələn avokado yağı (SPF 4-10), zeytun yağı (SPF 2-8), kokos yağı (SPF 4-10), yerkökü toxumunun yağı (SPF 35-50), küncüt yağı (SPF 4-10), çaytıkanı yağı (SPF 2-8) əsrlər boyu insanları faydalandırmışdır.

Yay aylarında ən çox bayırda vaxt keçirməyi sevən uşaqlar daha çox dəri yanıqlarına məruz qalırlar. Günlənmə vasitələri üzrə ixtisaslaşmış sunwarrior.com şirkətinin mütəxəssisi Charlie Pulsipher günəş şüaları nəticəsində yaranan dəri yanıqlarına qarşı bir sıra məsləhətləri ilə bölüşür.

- Aloe Vera bitkisinindən çıxan gel yanıqları sakitləşdirir, soyudur, qoruyur və sağalmanı tezləşdirir. Bitkidən təzəcə dərilmiş gel ən səmərəlidir.

- Vitamin E bir başa dəriyə sürtülərək sağalmaya səbəb olur. Həmçinin daxilə qəbul edilmiş güclü anti-oksidant olan E və C vitaminləri ultrabənövşəyi süaların dağıdıcı təsirindən qoruyur.

- Alma sirkəsi soyutma təsiri verir, mineral və vitaminlərlə zəngin olduğu üçün sağalmaya müsbət təsir göstərir. Sirkə istifadə edilməmişdən öncə bərabər miqdarda su ilə məhlul halına salınmalıdır.

- Sərin duş sakitləşdirici təsir göstərir.

- Qida sodası sərin su ilə qarışdırılıb yanıqların üzərinə çəkilə bilər.

- Bal anti-bakterial və iltihab əleyhinə olan xassələrinə görə yanıqlarda da çox faydalıdır.

- Pomidor dilimi, pastası və ya püresi güclü anti-oksidantdır və sakitləşdirici, soyuducu təsir göstərir. Günlənməkdən öncə pomidor yemək və ya şirəsini içmək məsləhət görülür.

- Yulafın su ilə qarışdırılaraq sıyıq halında yanıqlara sürtülməsi çox güclü təsirə malikdir.

loading...
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 585
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Balacam
Seher 9da iwe gedib birde axwamcagi saat 8de cixiram.vaxtim olmurki odu istifadə edə bilmirem kremnen
29 avqust 2016 21:10
11
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Offline
Dj_Vampir
-Dənizə gedəndə
mütləq istifadə edirəm
Qaldı gələn yaya)
26 avqust 2016 15:41
10
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
lale.veliyeva19
İstifadə etmirəm günəş kremi yayda gündüz vaxtı çox gündə gəzmirəmki qaralaram))
25 avqust 2016 20:00
9
Offline
son bahar
hazir kremlerden isdifade edirem
25 avqust 2016 15:05
8
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
vipbetul
hazir qeseng kremler satilir
25 avqust 2016 14:37
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MODABAZ
Sitat: Bahar Nesirova
Yay fesline gõre faydali melumatlardi
25 avqust 2016 11:42
6
Heyata daim gulmek lazimdii
Offline
YalniZ-ArZu
Sitat: Totu
Lazım deyil təşəkkürlər
25 avqust 2016 11:24
5
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Bahar Nesirova
Yay fesline gõre faydali melumatlardi
25 avqust 2016 10:29
4
Offline
Ay_Ulduz
Gunew kremlerınden ıstıfade etmırem
25 avqust 2016 09:30
3
Offline
BARBI
Mende istifade edirem bu kremlerden. Gunes lekeleri ve yaniwlari zererlidir
25 avqust 2016 09:06
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Totu
Lazım deyil təşəkkürlər
25 avqust 2016 07:43
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv