Qüsursuz və yumşaq əllər üçün maskalar

Müəllif: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 9 149
Səs ver:
(səs: 0)
Əllər gün boyu bayırda olan, ən çox görülən bədən üzvlərindən biridir. Buna görə əllərimizin gözəllik baxımı çox önəmlidir. Qadınlar.Biz bu niyyətlə əl baxımı üçün maskalar təqdim edir.

Yumşaldıcı əl maskası
Bir çoxları tərəfindən istifadə edilib tövsiyə edilən bu maskanı əllərinizə çəkib 1-2 dəqiqə içində yuyun və dəyişikliyi özünüz hiss edin!

Tərkibi:
Yarım yemək qaşığı və ya 1 yemək qaşığının ¾ qədər şəkər tozu
1 yemək qaşığı zeytun yağı

Şəkəri ovcunuza tökün. Üzərinə zeytun yağını əlavə edib əllərinizə və barmaqlarınıza 1 dəqiqə boyunca bununla masaj edin və ovma hərəkətləri ilə bu qarışımı sürtün.
30 saniyə saxlayıb əllərinizi bol suyla yuyun.

Qüsursuzlaşdıran əl maskası
Bu maska həm əlləri qüsursuz edəcək həm də qara ləkələri ağardacaq. Əllərə parlaqlıq və canlılıq qazandırır.

Tərkibi:
2-3 çay qaşığı qədər təzə sıxılmış limon suyu
1 yemək qaşığı soda
1 yemək qaşığı bal

Bir kasanın içində yuxarıdakı ərzaqları qarışdırın. Əllərinizi yuduqdan sonra bununla dairəvi hərəkətlərlə masaj edin. 5-7 dəqiqə saxladıqdan sona bol suyla durulayın. Çox həssas dərilərdə limon alergiya yarada biləcəyindən diqqətli olun.

Qeyd: Maskalarda istifadə etdiyiniz məhsullardan hər hansısa birinə qarşı alergiyanız varsa, istifadə etməməyiniz məsləhətdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 9 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri