Dəri növləri üçün müxtəlif baxım məsləhətləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 4 620
Səs ver:
(səs: 0)
Üzü duzlu su ilə yumaq məsamələrin daralmasına kömək edir və dərini təravətləndirir. Prosedur nəticəsində dəri qıcıqlandığı halda duz və sabun əvəzinə bərabər hissədə boraks və çay sodası istifadə oluna bilər.
Normal dəriyə qulluq zamanı yumşaq və “rəhmdil” kosmetik prosedurların köməyi sayəsində onun funksiyalarını saxlamaq lazımdır.
Normal dəri sahibləri gündə iki dəfə yuyunmaqla kifayətlənə bilərlər – səhər və axşam – “Uşaq” əl-üz sabunu və otaq hərarətində su ilə.
Yağlı dəri sahibləri vaxtlı-vaxtında artıq dəri piyini təmizləməli, məsamələri sıxlaşdırmalı, dərinin turş səthini bərpa etməli, piy mübadiləsinin normallaşması üçün ölçü götürməlidir.
Səhərlər ilıq su (30-35 dərəcə Selsi) və xüsusi sabunla yuyunmaq xeyirlidir. Yağlı dəriyə qulluq prosesində yağlı sabun və gel əla vasitədir.
Yağlı dəriyə qulluq zamanı salisil turşusu və kamforadan istifadə tövsiyə olunur. Sonuncular dezinfeksiya edir və büzüşdürücü təsirə malikdir, bununla yanaşı, dəri səthinin turşuluq reaksiyasını bərpa edir.
Yağlı dəriyə salisil turşusu və vitamin A tərkibli kremlər xeyirlidir, onlar çivzələrin əmələ gəlməsini azaldır. Bundan baş-qa, vitamin E tərkibli kremlər də pis olmazdı ki, onlar da öz növbəsində dəridə maddələr mübadiləsini normallaşdırır.
Quru dəri sahibləri gündəlik yuyunma zamanı kosmetik qaymaq və ya süddən istifadə etməlidirlər. Onlar da təmizləyici xüsusiyyətlərə malik olsalar da, əvəzində dərini qurutmurlar.
Quru dəri üçün həftəlik yağlı kompreslər və süd məhsulları, meyvə və tərəvəzdən ibarət xüsusi maskalar xeyirlidir.
Qarışıq dəri üçün nə antibakterial, nə də klassik sabunlar qəti yaramır, onların hər ikisi bu növ dərini qabıqlandırır.
Qarışıq dəri nəmləndirilməlidir, yalnız onun ayrı-ayrı hissələrinə dartıcı maska və kosmetik vasitələr tətbiq etmək məsləhətdir. Onlar piy ayrılmasının azalmasına təkan verir.
Yaşlı dərini günəşdən, qurumadan, oksidantların, nikotinin təsirindən, streslərdən yaxşıca qorumaq lazımdır.
Yaşlı dəri üçün səhər kremlərinin tərkibi onun qurumasına maneçilik törədən maddələrdən (gialuron turşusu, kolagen, bitki yağları) ibarət olmalıdır.
Yaşlı dəri üçün qıcıqlandırıcı və büzüşdürücü vasitələr xeyirlidir, belə ki, o, iri məsamələrə malikdir. Bu halda ən yaxşısı soyuq su ilə yuyunmaqdır, həmçinin masaj, təmizləmə, canlandırıcı və vitaminli maskalar zəruridir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri