Ayaq yorğunluğunun qarşısını alan 5 SADƏ ÜSUL

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 448
Səs ver:
(səs: 0)
Ayaqlar bədənin ən çox yük düşən hissəsidir. Ona görə də gərginlik, sıx iş qrafiki, yorulma və bir çox narahatlıqlar səbəbindən ən çox ağrıyan məhz ayaqlar olur.

Ayaq yorğunluğunun qarşısını alan 5 SADƏ ÜSUL


Bəs ayaq yorğunluğundan necə xilas olaq? Sizi ayaq ağrılarının qarşısını almağın 5 yolu ilə tanış edirik.
1. İlk növbədə onu bildirək ki, ayaqların sağlam olmaması başqa xəstəliklərə də yol aça bilər. Ayaqlarınızın sağlamlığına təmin etmək üçün ağız qarqarası üsulundan istifadə edin. Bir ləyən suyun içinə 1-2 qapaq ağız qarqarası töküb ayaqlarınızı bu suda saxlayın.

2. Rahat bir yerə oturaraq, ayaqlarınızı isti su dolu vannanın içinə salın. Dincəldiyinizi və ağrılarınızın yüngülləşdiyini hiss edəcəksiniz.

3. Ayaq ağrılarına qarşı daha bir üsul: ayaq və baldırlarınızı nəmləndirici losyonla masaj edin. Edəcəyiniz masaj ağrıyan yerdə qan dövranını sürətləndirəcək və ağrıların qarşısını alacaq.

4. Ayaqlarınız və ayaq dabanlarınızı istirahət etdirmək üçün məşq edə bilərsiniz.

5. 4 stəkan suyun içinə 8 yemək qaşığı kəklikotu tökün. Bu qarışımı qaynatdıqdan sonra ayaqlarınızı həmin su ilə ovuşdurun. Ağrılarınız keçəcək.

sağlamolun.az
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 448
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri