Böyüklərdə sızanaqların 5 TƏHLÜKƏLİ SƏBƏBİ

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 3 964
Səs ver:
(səs: 0)
Adətən sızanaqlar yeniyetməlik dövründə əmələ gəlir. Bu təbii fizioloji prosesdir və yeniyetmənin orqanizmində ciddi hormonal dəyişikliklərlə izah olunur.

Müəyyən müddət keçdikdən sonra hormonal fon sabitləşir və sızanaqlar da yox olur.

Böyüklərdə sızanaqların əmələ gəlməsi ciddi və bəzən hətta təhlükəli simptom sayılır. Bu bəzi ciddi xəstəliklərin və pozulmaların simptomu ola bilər:

1. Hormonal pozulmalar.

Qadınların orqanizmində kişi hormonu olan testosteronun səviyyəsi yüksəldikdə, piy vəziləri daha fəal işləməyə başlayır ki, nəticədə sızanaqlar əmələ gəlir.

Adətən bu zaman qadınlarda tüklənmə, menstrual dövrünün pozulması, sonsuzluq kimi simptomlar meydana çıxır.

2. Mədə-bağırsaq sistemi xəstəlikləri
Mədə-bağırsaq sistemində olan pozulmalar əksər hallarda "üzə çıxır". Disbakterioz, qəbizlik kimi pozulmalar, qurd xəstəlikləri zamanı dəridə sızanaqlar əmələ gələ bilər.

3. Xroniki tonzillit (angina)
Boğazda xroniki iltihabın olması da dərinin vəziyyətinə mənfi təsir edir, sızanaqların əmələ gəlməsinə səbəb olur.

4. Xroniki stress, nevroz
Xroniki stress orqanizmdə kortizol hormonunun daim artmasına səbəb olur. Bu hormonun artması orqanizmdə və o cümlədən dəridə iltihabi proseslərin güclənməsinə gətirib çıxardır.

5. Qaraciyər xəstəlikləri
Qaraciyər orqanizmin əsas filtridir, orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir. Qaraciyər pis işlədikdə toksinlər orqanizmdə yığılmağa başlayır ki, bu da dərinin vəziyyətinə çox mənfi təsir edir.

Bütün bunları nəzərə alaraq böyüklərdə sızanaqların əmələ gəlməsi həkimə (kosmetoloqa deyil!) müraciət etmək üçün ciddi səbəb sayılır.

sağlamolun.az
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri