Nəmləndirici maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 433
Səs ver:
(səs: 0)
Təbii maskalar vasitəsilə dərini normaya salmaq və gözəlləşdirmək mümkündür.

1) Xiyar və cəfəridən ibarət olan maska
Xiyarı xırda gözlü sürtgəcdən keçirib, xırda doğranmış və yaxud mikserdən keçirilmiş cəfəri ilə qarışdırırıq. Qarışığı üzə çəkib 20 dəqiqə saxlayıb iləq su ilə yuyuruq. Daha sonra isə evdə olan hər hansı qidalandırıcı və ya nəmləndirici kremi üzümüzə çəkirik. Bu maska bütün növ dəriləri qidalandırır, həm də ağardıcı effekti var.

2) Alma və kökdən ibarət maska
Bu meyvələr kiçik gözlü sürtgəcdən və yaxud mikserdən keçirilir və dəridə 20 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Bu 2 maskanı mən çox bəyənirəm və həftədə 2 dəfə ard-arda istifadə edirəm. Effektini isə həm özüm həm də ətrafdakılar hiss edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri