Kişilərdə üz dərisinə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 371
Səs ver:
(səs: 0)
Kişilər nə qədər çalışsa da üzlərinə qulluğa 10 dəqiqədən artıq vaxt ayırmayacaqlar. Bu zaman kəsiyi üz dərisini normaya gətirməyə tam kifayətdir. Sadə üsul kişilərə uyğun üz üçün maskalardır.

Üzünüz qurudursa sabunla yuyunmayın,üz qırxmaq üçün olan sabun- kremdən istifadə edin. Sabun- krem üzü təmizləyir və yumuşaldır.

Üzünün dərisi yağlı, məsaməli olan kişilər üzlərini soyuqsu ilə yumalı və losyonla silməlidirlər.
Kişilər qadınlara nisbətən daha çox tərləyir, odur ki, onlar daha çox yuyuynmalı, pis qoxu gəlməməsi üçün özlərinə daha cox qulluq etməlidirlər.

Kişilər başlarına daha çox qulluq etməli, saçlarını vaxtlı-vaxtında yumalı, tükləri töküləndə mütləq həkimə müraciət etməlidirlər. Təbii, keçəl qalmaq istəmirlərsə... Çünki tük töküldükdən sonra onu bərpa etmək mümkün olmur, ancaq tökülən tükün qarşısını almaq olur. Bundan başqa kişilər ayda 1-2 dəfə bərbərxanaya gedib saçlarını vurdurmalı , dırnaqlarını qısa və təmiz saxlamalıdırlar.

Üzünün dərisi çox həssas və tükləri sıx olanlar üzü qırxmamışdan əvvəl isti kompres etməlidirlər . Sifətin dərisinə nazik qatla sabun - krem çəkib isti suda isladılmış dəsmalla kompres etmək olar. 3-4 dəqiqədən sonra dəsmalı götürüb sifətin qatı krem-sabun çəkib qırxmaq lazımdır.

Qan təzyiqi yüksək olanlara, üzü qırmızı olan adamlara isti kompres qoymaq olmaz. Üzünüzü qırxdıqdan sonra qıcıqlanma əmələ gəlirsə, sabunu yuyandan sonra sifətin dərisinə çobanyastığı ilə silin (1 x.q. cobanyastığını 1st. suda dəmləyin)

Quru, həssas dərini qırxdıqdan sonra üzünüzə tərkibində efir yağı olan məhsulardan istifadə etməyin , dərini qıcıqlandıra bilər.

Üzünün dərisi nazik və zərif olan kişilər üzünü qırxandan sonra sabun və ya suyun təsirindən dərinin dartıldığını hiss edirlər. Bele olduqda təraşdan sonra üz üçün nəzərdə tutulan gellərdən istifadə etməlidirlər.

Üzünün dərisi çox həssas olanlar üzlərini elektrik üzqırxanla qırxmalıdırlar. Üzdə əmələ gəlmiş sıyrıntı və kəsiklərə yod, 3%- li hidrogen peroksid ya da xüsusi zəy qələmi sürtün və qələmi təmiz yuyun ki yenidən istifadə etdikdə mikrob keçmə təhlükəsi olmasın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri