Dərini cavanlaşdıran,dadlı çay meyvələri

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2 997
Səs ver:
(səs: 0)
Yayda dəriyə qulluq etmək üçün çoxlu pul xərcləyib və tərkibini bilmədiyimiz kremlər alırıq. Nəticə isə heç də həmişə ürəyimiz istədiyi kimi olmur. Amma yay meyvələri ilə dəriyə arzuladığımız təbii gözəlliyi bəxşedə bilərik.

Armud maskası: Bir armudu soyub şüşə qabın içində çəngəllə yaxşıca əzin. Qalın bir təbəqə halında üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Armud maskası dərini qidalandırır, sərinləşdirmək üçün də ideal maskadır.

Moruq maskası: Moruğun tərkibində bol miqdarda A vitamini var. A vitamini dəriyə yumşaqlıq bəxş edir və qüsursuz hamarlıq qazandırır. Bir ovuc moruğu şüşə qabın içində püre halına gətirin. Dərini təmizlədikdən sonra əzilmiş moruğu üzə çəkin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.

Avokado maskası: (qırışlar üçün) - Bir ədəd avokadonun qabıqlarını soyub çəngəllə əzin. İçinə yarım çay qaşığı bal, bir çay qaşığı alma sirkəsi və bir ədəd yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Qarışdıran zaman içinə 3 yemək qaşığı zeytun yağını yavaş-yavaş əlavə edin. Əldə edilən maskanı üzünüzə, boynunuza və dekolte nahiyəsinə çəkib yarım saat gözləyin. Sonra bu nahiyəni ilıq su ilə yaxalayın. Bu, qırış, xüsusən quru dəri üçün çox təsirli vasitədir. Həmçinin avokadonu dilim halında da üzə kompres kimi qoymaq olar. Qırışların azalmasına kömək edir.

Çiyələk maskası: Bir ovuc dolu çiyələyi şüşə qabın içində pürə halına gələnə qədər əzin və üzünüzə çəkin. Dəriniz qurudursa pürenin içinə bir neçə damcı zeytun yağı və ya badam yağı əlavə edin. 10 dəqiqə gözlədikdən sonra üzü ilıq su ilə yaxalayın. Bu maska dəri üçün son dərəcə faydalıdır. Lakin allergiyası olanlara məsləhət görülmür.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri