Şəkər tozu ilə üzə qulluq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 7 589
Səs ver:
(səs: 0)
Dərinizdə yaranan qırışları, sızanaqları, qara nöqtələri evdə hazırlayacağınız şəkər tozu müalicəsi ilə yox edə bilərsiniz. Şəkər tozunun dəriniz üzərindəki təsiri bununla kifayətlənmir. Şəkər tozu ilə hazırladığınız müalicə üsulu dərinizdəki ölü dəriləri yenidən canlandırır və dərinizin itirdiyi nəmi yenidən geri qazanmasını təmin edir.

Maska 1
1 yemək qaşığı zeytun yağı
3-4 yemək qaşığı şəkər tozu
1 çay qaşığı portağal yağı
1 çay qaşığı badam yağı
1 çay qaşığı lavanda yağı

Hazırlanması:
Şüşə kasa içərisinə 4 yemək qaşığı toz şəkəri və zeytun yağını əlavə edərək yaxşıca qarışdırın. Karamel şəklində bir qarışıq əldə etdiyiniz zaman içərisinə portağal yağı, lavanda yağı və badam yağından 1 çay qaşığı əlavə edərək yaxşıca qarışdırmağa davam edin. Əlinizdə olan yağların hamısından istifadə etmək istəmirsinizsə, yalnız birini və ya istədiyiniz qədər əlavə edə bilərsiniz.
Əldə etdiyiniz karamel məhlulu dərinizə dairəvi şəkildə 2-3 dəqiqə ərzində masaj edin, 1-2 dəqiqə gözləyin. Sonra ilıq su ilə üzünüzü yaxalayın və yumşaq dəsmalla qurulayın.

Maska 2

2 çay qaşığı şəkər tozu
1 çay qaşığı süd
1 çay qaşığı zeytun yağı

Hazırlanması:
Bütün vəsaitləri şüşə kasada qarışdırın. Göz və dodaq ətrafından başqa bütün üzünüzə sürtün. Barmaq uclarıyla yüngülcə basaraq masaj edin. Arxası üstə uzanıb 15 dəqiqə gözləyin, sonra üzünüzü ilıq suyla yuyub qurulayın. Üzünüzdəki ölü dəriləri yox edən bu pilinqin tərkibindəki süd və zeytun yağı cildinizi bəsləyəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri