Cavanlıq sirri qulaq arxasındadır

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 637
Səs ver:
(səs: 0)
Türkiyəli dermatoloq Eylem Acar məsələ ilə bağlı müsahibə verib. Həkim-dermatoloqun müsahibəsini təqdim edirik:
- Fibroblast müalicəsi nədir?
- Son zamanlar, başda Avropa ölkələri olmaqla, estetik cərrahlar fibroblast inyeksiya metoduna üstünlük verir. Fibroblast qulaq arxasından alınan bir parça toxumanın laboratoriya şəraitində çoxaldılması ilə əldə olunan üsuldur. Çoxaldılan toxumalar dəriyə inyeksiya üsulu ilə təkrar yeridilir. Bu hüceyrələr kollagenləri sintezləşdirərək, dərinin yenidən təravətli görünməsini təmin edir.
- Bu üsul dərini necə təravətləndirir?
- Qocalan dəri həm kollagen, həm də maye və hüceyrələrini itirir. Hüceyrə itkisindən dolayı, dərinin maye saxlamaq qabiliyyəti də (nəm tutumu) aşağı düşür. Maye azaldığı üçün dərinin parıltısı da yox olur və o, yavaş-yavaş sallanmağa başlayır. Məsələn, uşaq dərisinin su saxlama qabiliyyəti yüksəkdir, fibroblastla kollagenlər yenidən canlanır. Bu da dərinin itmiş parıltısını özünə qaytarır.

- Bu, kök hüceyrələrin köçürülməsi kimidir?
- Fibroblastlar bir növ kök hüceyrədir. Lakin fibroblastlar dərinin yetişmiş (yeniyetmə) kök hüceyrələridir. Bədəndəki bütün hüceyrələr başlanğıcda fibroblast olur. Somatik hüceyrə olduğu üçün bunun tətbiq edilməsi bir növ kök hüceyrə üsulu ilə oxşardır.

- Fibroblast nədir?
- Fibroblastlar orqanizmin birləşdirici toxuma hüceyrələridir. Yastı, uzun, ya da oval olurlar. Birləşdirici toxumanın əsas maddəsi olan və yaraların sağalması funksiyasını yerinə yetirən kollagenlər zülal istehsalından da məsuliyyət daşıyan hüceyrələrdir.

- Hansı nahiyələrdə istifadə edilir?
- Bu üsulla üzdəki qırışları və çatları aradan qaldırmaq, dodaqları formalaşdırılmaq, sızanaq izlərini, hətta uzunmüddətli dəri yaralarını müalicə etmək mümkündür. Bu zaman şəxsin özünə aid canlı alt dəri hüceyrələri, yəni fibroblastlardan dolğu maddəsi kimi istifadə edilir. Bu üsul əsasən göz ətrafı qırışlarda, dodaq kənarlarında istifadə olunur. Bundan başqa, dazlaşmanın müalicəsində də istifadə edilir.

- Kimlərə tətbiq oluna bilər?
- Bu üsulu hər kəsə asanlıqla tətbiq etmək olar. Xüsusilə, 30-55 yaş arası dəri əməliyyatlara daha tez reaksiya verir.
- Hətta diabet xəstələrində də istifadə edilə bilərmi?
- Bəli. Bu üsul diabetik yaraların sağalmasında da müalicəvi təsiri ilə tanınır.
- Biopsiya necə aparılır?
- Bu üsulun tətbiqində xəstənin qulaq arxasından 2 mm səviyyəsində toxuma nümunəsi "biopsiya" alınır. Alınan biopsiya ilə müasir laboratoriya texnologiyaları şəraitində fibroblast hüceyrələr çıxarılır. 4 həftədən sonra fibroblast hüceyrələr tətbiqə hazır hala gətirilir. Tətbiq 3 seansdır və hər seansda xəstənin dərisinə çoxlu sayda fibroblast hüceyrəsi yeridilir. Bu sahədə dəriyə inyeksiya edilən gənc və təzə fibroblast hüceyrələr həmin bölgədə fəaliyyətə keçərək kollagen və elastin istehsal edir. Dəridə güclü fəaliyyət göstərər onun cavanlaşdırır.

- Digər üsullardan fərqi nədir?
- Digər dolğu maddələrindən ən mühüm fərqi təsirinin uzun müddət davam etməsidir. Bu xüsusiyyətinə görə, ona yaxşı sərmayə də demək olar. Dolğu maddələrinin əksinə, fibrobastlar insanın öz hüceyrələrindən əldə edildiyi üçün insan bədəninə yad cisimlər daxil olmur. Beləcə, onun təbii gözəlliyi ortaya çıxır. Əks təsirləri olmadığı üçün də təhlükəli deyil.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri